Bu gün:

BBC 2024-cü ilin ən yaxşı albomlarını açıqlayıb


İlin ən yaxşı albomları açıqlanıb. BBC-nin hazırladığı siyahının başında britaniyalı müğənni Çarli XCX-in musiqi hitlərində iz qoymuş “Brat” albomu yer alıb.

10. Sabrina Carpenter- Short N' Sweet

Keçmiş Disney ulduzu Sabrina Karpenter altı albomdan ibarət karyerasında gənclik illərindəki stereotipik pop musiqisini bir kənara qoyub, özünəməxsus yumor hissi ilə uğurlu albom yaradıb.

9. Kendrick Lamar - GNX

Kendrick Lamar Drake ilə rep mübarizəsindən sonra altıncı albomu ilə musiqisevərləri təəccübləndirdi.

8.Waxahatchee-Tigers blood

Müğənni-bəstəkar Keti Kratçfildin mahnılarının yer aldığı albom musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib.

7. Sindi Li - Diamond ubliee

"İlin ən sirli albomlarından biri" olaraq xarakterizə edilən albom 2024-cü ildə iz buraxdı.

6 The Cure-Song Of A Lost World

16 illik işdən sonra The Cure-un 14-cü studiya albomu məyus olmadı. Solisti Robert Smitin anasını, atasını və qardaşını itirdiyi bir vaxtda yazılmış albom eyni zamanda həm qaranlıq, həm də kövrəkdir.

5. MJ Lenderman - Manning Fireworks

MJ Lendermanın "müstəqil rokun şairi" kimi təqdim edilən yeni albomu ilin ən yaxşılarından biri olmağı bacardı.

4. Billie Eilish - Hit Me Hard and Soft

"Lunch", "Birds of a Feather" və "Chihiro" kimi hit mahnıların yer aldığı albom sosial media platformalarında bir çox trendlərə öncəlik edib.

3. Fontaines D.C. - Romance

Dublin əsilli Fontaines DC-nin dördüncü albomu bu ilin ən çox dinlənilən albomları arasındadır.

2. Beyons - Cowboy Carter

Martın 29-da dünya şöhrətli müğənni Beyonsun yeni albomu musiqisevərlərin ixtiyarına verildi.  Müğənninin karyerasında bir çox ilklərə imza atmasını təmin edən albom bu il çoxlu mükafatlar aldı.

1. Charli XCX - Brat

İngilis müğənni Charli XCX-in albomu 2024-cü ildə öz izini qoydu. Albomdakı mahnılar uzun müddət musiqi hitlərinin zirvəsində qaldı.


Mənbə:NTV

Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et