İnsan beyni rəngləri, formaları və səsləri dadlarla əlaqələndirə bilir. Məsələn, çəhrayı rəng şirinliyi, yaşıl isə turşluğu ifadə edir. Araşdırmalar süni intellektin (Sİ) də bu əlaqələri təkrarlaya bildiyini göstərir.

Tədqiqatlara əsasən, insanlar qırmızı və çəhrayı rəngləri şirinliklə, sarı və yaşıl rəngləri turşluqla, ağ rəngi duzluluqla, qara və qəhvəyi rəngləri isə acılıqla bağlayırlar. Məsələn, çəhrayı qablaşdırmada təqdim olunan acı şokolad daha şirin hiss edilir. Dəyirmi formalar şirin dadı, iti formalar isə turş və ya acı dadı simvollaşdırır. Bu əlaqələr təbiətdə müşahidə edilən meyillərdən və emosional təcrübələrdən qaynaqlanır.
Süni intellektin təlim aldığı məlumat bazası bu əlaqələri dəqiq əks etdirməyə imkan verir. Məsələn, "ChatGPT-4" insanların seçimləri ilə uyğun nəticələr təqdim edib. Lakin bu, süni intellektin təlimdə mövcud olan nümunələrə əsaslanması ilə bağlıdır.
"Sİ"nin bu bacarığı marketinq və məhsul dizaynında tətbiq edilə bilər. İnsan hisslərinə uyğun rəng və formalarda məhsullar dizayn etmək mümkündür. Ancaq "Sİ" yalnız insan yaradıcılığını tamamlayan vasitədir və fərdiliyi təkrarlamaq qabiliyyətindən uzaqdır.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
