Bu gün:

Aurora (Şimal işıqları) nədir və necə yaranır?


Yəqin ki, Şimal və ya Cənub qütbünün yaxınlığında baş verən təbii işıq şoularının fotolarını görmək şansınız olub. Aurora adlanan bu təbii möcüzəyə Qütb işıqları da deyilir.

Əvvəla, auroranın yaranmasına səbəb olan Günəşdir. Bilirik ki, Günəş bizim üçün daimi istilik və işıq mənbəyidir, lakin günəş həm də təhlükəli şüalar və radiasiya yayır. Yerin ətrafındakı maqnit sahəsi sayəsində günəşdən gələn ən təhlükəli şüaların təsirindən qorunuruq.

Günəşdə davamlı partlayışlar olur və bu partlayışlar Günəşdən kosmosa zərrəciklər atılır.

Yəni bu möhtəşəm işıq şouları Günəşdən gələn yüklü hissəciklərin Yer atmosferindəki oksigen və azot qazlarının zərrəcikləri ilə toqquşması nəticəsində əmələ gəlir. Yer atmosferi daha çox azot və oksigen qazlarından ibarət olduğundan onlar bu molekullarla toqquşurlar. 

Auroraların niyə müxtəlif formalarında əmələ gəldiyinə elm adamları hələ də qəti cavab tapa bilməyiblər, lakin məlumdur ki, formalar maqnitosferin harada əmələ gəlməsindən asılıdır. Auroralar bir çox fərqli formada görünə bilirlər; qövs formalı, zolaq şəkilli və sütun şəkilli aurora.

Auroralar adətən Yerin maqnit qütbləri ətrafında əmələ gələn halqavari ərazilərdə baş verir. Auroral oval adlanan bu halqaları kosmosdan görmək olar. Şimal işıqlarını müşahidə etmək üçün tövsiyə olunan yerlər arasında: Alyaska, Kanada və Norveç kimi Skandinaviya ölkələri var. Cənub işıqlarını görmək üçün isə Avstraliya və Yeni Zelandiya tövsiyə olunub.

Mənbə: Evrim ağacı 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et