Bu gün:

Fəaliyyətdə olan təhlükəli vulkanlar


Vulkanlar yerin gücünü səthə çıxararaq həm ecazkar, həm də təhlükəli bir təbiət hadisəsi yaradır. Fəaliyyətdə olan vulkanlar insan həyatı, ətraf mühit və iqlim üçün ciddi təsirlər yaradır. 

Elə isə gəlin birlikdə fəaliyyətdə olan bir neçə vulkan haqqında məlumatlara göz gəzdirək:

1. Kotopaksi vulkanı

Kotopaksi Ekvadorun mərkəzində yerləşən Kordilyera Mərkəzi dağ silsiləsində yerləşir və təxminən 5,897 metr hündürlüyü ilə dünyanın ən hündür vulkanlarından biridir.

Püskürmələrdən 50-si 1738-ci ildən sonra baş verib. Xüsusilə, 1877-ci ildəki püskürmə ən güclüsü idi və vulkandan təxminən 96 km uzaqlığa, Sakit Okeana qədər çatan palçıq axınları yaradıb. Vulkanın son püskürməsi 1904-cü ildə olub, baxmayaraq ki, 2005-ci ildə bir təhlükə yaşanıbdır. Kotopaksi, Ekvadorda sıx məskunlaşmış bir əraziyə yaxın yerləşdiyinə görə, bu gün püskürərsə, nəticələr çox fəlakətli ola bilər.

2. Mayon vulkanı

Filippindəki Luzon adasında yerləşən, hündürlüyü 246.181 metr olan vulkanın 1814-cü ildə baş vermiş püskürməsi 1,200-dən çox insanın həyatını itirməsinə səbəb olub. Bu, vulkanın ən şiddətli püskürməsidir.

2018-ci ilin yanvarında vulkan yenidən püskürərək, böyük kül buludlarını səmaya göndərdikdən sonra ətraf bölgədən 56,000-dən çox insan təxliyə edilib.

3. Marapi vulkanı

Merapi dağı İndoneziyanın ən aktiv vulkanlarından biri olaraq Yava adasının mərkəzində, Yogyakarta şəhərinin təxminən 20 mil şimalında yerləşir və 9,551 fut hündürlüyündədir.

Merapi vulkanının ən böyük qeydə alınmış püskürmələrindən biri 1006-cı ildə baş verib və Yava boyunca kül yayılıb. Bu vulkanla bağlı ən böyük təhlükə piroklastik axınlardır. 1994-cü il püskürməsində bu axınlar 64 nəfərin ölümünə səbəb olub. 2010-cu ilin sonlarında baş verən bir neçə püskürmə nəticəsində isə piroklastik axınlar 354 nəfərin həyatını itirməsinə və 350,000-dən çox insanın evlərini tərk etməsinə səbəb olub.

Mənbə: Popular Mechanics

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et