Bu gün:

Napoleon Bonapartın diş fırçası


Bu, Napoleon Bonapartın diş fırçasıdır, 1790-cı ildən. O, həmçinin rahatlığa da çox düşkün olub!

Napoleon müntəzəm olaraq dişlərini tiryək əsaslı diş pastası ilə fırçalayıb. Diş fırçasının gümüşdən olan zərif tutacağı və at tüklərindən hazırlanmış tükləri olub, amma bu, diş ətləri üçün çox sərt idi. Fırçanın tutacağında «N» yazısı yer alır. Ümumiyyətlə, Bonapart dünyanı fəth etməklə yanaşı, rahatlığı və sevgilisini də əzizləməyi sevirdi.

Məsələn, fransız sərkərdə Napoleon isti vannada oturmağı çox sevərdi. Belə ki o, iki saat boyunca suda qalar, maraqlı kitablar dinləyər, qulluqçularının kürəyini ovuşdurmasına icazə verər və vannaya ətirli yağlar əlavə edilməsini istəyərdi. Napoleon bəzən isti su kranını açar, suyu o qədər qızdırardı ki, buxarın çoxluğuna görə kitab oxumağı belə çətinləşərdi.

Bonapart manikür və pedikür etməyi də çox sevərdi. Hər səhər bərbərxanada saçını qırxdırar, səhər yeməyində bir stəkan şərab ilə kərə yağı və soğanla hazırlanan toyuq yeyərdi. Həmçinin, Napoleon ariya oxumağı da çox sevərdi, xüsusən də çətin görüşlərdə və xoşagəlməz qərarlar haqqında düşünərkən. Bu ona həm canlandırıcı, həm də sakitləşdirici təsir bağışlayardı. 

Mənbə: Лукинский|История

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et