Bu gün:

Queimada-Grande adasına nəyə görə səyahət etmək olmaz?


Braziliyanın cəmi 35 km aralığında yerləşən, Atlantik okeanında gizlənmiş kiçik (0.43 kvadrat kilometr) ada vizual olaraq cənnət kimi görünür. Təbii yaşıllıq, təmiz su-mükəmməl tətil üçün başqa nə lazımdır? Ancaq adada qalmağınızı qeyri-mümkün edəcək “qonşular” var. Queimada-Grande adası sözün əsl mənasında ilanlarla doludur.


Queimada Grande adasının hər kvadrat metrinə 1-dən 5-ə qədər ilan düşür. Adada qida tapmağın çətin məsələ olduğundan sürünənlər burada istirahət etmək üçün dəyanan köçəri quşları ovlayırlar. Bu səbəbdən QueimadaGrande ilanlarının zəhəri onlardan daha rahat şəraitdə yaşayan qohumlarının zəhərlərindən daha güclü və təhlükəli hala gəlib. 


Yerli ilanlar insanlar üçün ölümcül təhlükə yaradır. Queimada Grande dünyada ən təhlükəli ilanlardan birinin yaşadığı yeganə yerdir: ada botropsları. Onun zəhəri siçanı 2 saniyəyə öldürə bilər. Ada botropslarının zəhəri nekroza, kəskin böyrək çatışmazlığına, beyin qanaxması və bir sıra digər xoşagəlməz və ağrılı nəticələrə səbəb olur. Bununla belə, növ olduqca nadir olduğundan dövlət mühafizəsi altındadır.



Queimada-Grande adası turist səfərləri üçün bağlıdır. İlk olaraq, unikal flora və faunasını qorumaq üçün. İkincisi isə adanın sadəcə olaraq, çox təhlükəli olmasıdır: adanın tarixi təsadüfi, diqqətsiz və ya sadəcə bədbəxt ziyarətçilərin ölümləri ilə doludur. Bununla belə, hökümət qayıqların adaya yaxınlaşmasına, məsafəni qorumağa və onun sahillərində balıq tutmağa və suya dalmağa icazə verir.


Mənbə: Gismeteo


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et