
İspaniyanın Mayorka adasında tapılan 280 milyon illik gorgonopsian fosilinin məlum olan ən qədim gorgonopsian fosillərindən 10 milyon il daha yaşlı olduğu açıqlanıb.
İspaniyada aparılan qazıntılar zamanı ortaya çıxan fosilin, məməlilərin əcdadlarının uzaq qohumları olan bu heyvanların yer ekosistemlərinin hakim olduğu dövrdə necə təkamül keçirdikləri barədə yeni məlumatlar verməsi gözlənilir. Elm adamları yeni tapılan fosilin 270-280 milyon il yaşı olduğunu və növünün ən qədimi olduğunu müəyyən ediblər. Kəllə uzunluğu təxminən 18 santimetr olan heyvanın orta boylu it ölçüsündə olduğu təxmin edilir.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
