1770-ci ildə məşhur səyyah Ceyms Kuk Avstraliya torpaqlarına ayaq basanda aborigenlər haqqında belə yazmışdı: “Ev olmayan, vəhşi qəbilələr.” Lakin bu təsvirlərin arxasında çox daha dərin və gizli bir mədəniyyətin olduğu indi bizə məlumdur.
Genetik və tarixi araşdırmalar sübut edir ki, aborigenlər Avstraliya torpaqlarında 50.000 ildən artıqdır ki, yaşayır və inanılmaz bir mədəni irs yaratmışlar. İngilislər adaya gəldikdən sonra onları köləlik və soyqırımın qurbanına çevirdilər, lakin bu qəbilələrin həyat tərzi və bilikləri onları daha çox heyrətləndirdi.
Təbiətlə harmoniya içində bir həyat
Aborigenlər heç vaxt kənd təsərrüfatı ilə məşğul olmayıb. Həyatlarını təbiətdən topladıqları meyvə və yemişlərlə davam etdirirlər. Çünki özlərini təbiətin bir hissəsi kimi görür və yaşadıqları ərazilərə ziyan verməkdən qaçırlar. Təbiətin ən kiçik detalını – bir çiçəyi, bir daş parçasını belə tanıyır və bunu mahnılarına kodlaşdırırlar. Maraqlıdır ki, bəzi mahnılar yalnız ilin müəyyən günlərində oxunduqda mənalı olur.
Aborigenlər geyim və digər maddi əşyalara ehtiyac duymurlar. Onlar üçün həyat sadəlik və mənəvi zənginlik üzərində qurulub.
Ünsiyyətin sözsüz səsləri
Aborigenlər arasında səsli ünsiyyət yeganə rabitə vasitəsi deyil. Onların rənglər, tatular, bəzəklər vasitəsilə qurduqları vizual ünsiyyət də danışmaq qədər önəmlidir. Lakin ən diqqətçəkən xüsusiyyətləri telepatiya bacarıqlarıdır.
Telepatiya – duyğu orqanlarının iştirakı olmadan yalnız düşüncə ilə ünsiyyət qurma bacarığı – aborigenlərin həyatında mühüm yer tutur. Bu bacarıq onların fərqli rabitə texnikalarından geniş istifadə etmələri və yalan danışmamaq vərdişləri ilə izah olunur. Hətta onların dilində “yalan” anlayışının qarşılığı belə yoxdur.
Telepatiyanın gücü
Marlo Morganın “Bir cüt ürək” adlı kitabında aborigenlərin telepatiya ilə necə ünsiyyət qurduqları təsvir edilir. Məsələn, ov zamanı bir-birindən uzaqda dayanan aborigenlər heç bir səsli rabitə olmadan eyni anda eyni heyvanı hədəf seçə bilirlər.
Təbiəti oxuma bacarığı
Aborigenlər insan izlərinə baxaraq həmin şəxsin cinsiyyətini, yaşını və hətta sağlamlıq vəziyyətini dəqiq müəyyən edə bilirlər.
Xəyal zamanı və inancları
Aborigenlər “Xəyal zamanı” adlandırdıqları ruhani varlıqlara inanırlar. Onlara görə, bu məxluqlar insanları yaradıb və onlara təbiətdə yaşamaq üçün zəruri bilikləri verib. Bu inanc onların müqəddəs yerlərində çəkilən təsvirlərdə də öz əksini tapır.
Mədəniyyətin kölgəsi
Uzun illər boyu zorakılıq və ayrı-seçkiliklə üzləşən aborigenlər arasında cinayət halları daha çoxdur. Onların keçmişdəki ağrılı təcrübələri şəhərləşmiş aborigenlərdə dərin nifrət hissi doğurmuşdur.
Aborigenlər insanlığın tarixə buraxdığı ən sirli və möhtəşəm izlərdən biridir. Onların dərin mədəniyyəti, həyat fəlsəfəsi və təbiətlə harmoniyası bizə həyat haqqında yenidən düşümək üçün unikal bir fürsət verir.
Mənbə: engin deniz videoları
Tərcümə edən: Fatimə Cabbarlı
