Bu gün:

Tarixdəki ilk şəhər


Hazırkı Türkiyə ərazisinin Konya bölgəsində yerləşən Çatalhöyük təxminən 9000 il öncə — miladdan əvvəl 7100-cü ildə qurulan bir şəhərdir. Bu qədim yaşayış məskəni arxeologiya tarixində insanlığın ilk şəhər mədəniyyəti olaraq qəbul edilir. Gəlin birlikdə, Quransız, qaydasız, amma azad bir dünyanın qoynunda bu antik insanların həyatına səyahət edək.

1958-ci ildə başlanmış sirr

Arxeoloq James Mellaart 1958-ci ildə Çatalhöyükü kəşf edərkən heyrətamiz bir mənzərə ilə üzləşdi. Bura, insan oğlunun tarixdə ilk dəfə məskunlaşaraq şəhər qurduğu yerdir. Lakin bu şəhərin quruluşu və yaşayış tərzi günümüzdəki anlayışımızdan tamamilə fərqli idi.

Küçəsiz, qapısız bir şəhər

Çatalhöyükdə nə qəsəbələr, nə də küçələr mövcud idi. Bütün evlər bitişik və nizamlı şəkildə tikilmişdi. Şəhərin sakinləri bir yerdən digərinə keçmək üçün damların üzərindən gəzirdilər. Evlərə giriş üçün isə yalnız damdakı deşiklərdən istifadə edilirdi. Bu deşiklərdən yerləşdirilən nərdivanlar insanların daxili aləmə daxil olmasına bənzəyirdi.

Ölüm anlayışına fərqli baxış

Çatalhöyük sakinləri ölümü mənalandıra bilmədikləri üçün itirdikləri yaxınlarını uzaqlara deyil, öz evlərində dəfn edirdilər. Ölülər ana bətnindəki pozada evlərin zəmininə basdırılırdı. Onlar bununla əcdadlarına olan bağlılıqlarını qoruyurdu. Qazıntılarda bir evin altından altmışdan çox insan skeleti tapılıb. Sakinlər köç edərkən ölülərinin ən azı kəllə sümüklərini özləri ilə götürürdülər.

Azad, amma qısa bir ömür

Çatalhöyükdə nə kral, nə də idarəçi bir avtoritet var idi. Şəhər sakinləri bərabərlik prinsipi ilə qaydaları birgə təyin edirdilər. Lakin sağlamlıqsız şərait qadınlarda orta ömrün 30, kişilərdə isə 35 ilə qədər azalmasına səbəb olurdu. Qazıntılarda 40 yaşını keçmiş insan qalıqları çox nadir hallarda tapılıb.

Çatalhöyükdən niyə köç edilib?

Miladdan əvvəl 1950-ci ildə sakinlər bu şəhəri birdəfəlik tərk etdilər. Bitişik evlər, çoxluqdan yaranan sıxlıq və sağlamlıq problemləri onları tükəndirmişdi. Bu, azad bir dünyanın nə qədər çətin ola biləcəyini göstərən acı bir təcrübə olub.


Mənbə:engin deniz videoları 
Tərcümə edən:Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et