
Uzun müddət neandertallar ağılsız mağara adamları kimi təsvir olunub. Bu stereotip, xüsusilə, Hollywood filmlərinin təsiri ilə formalaşsa da, artıq bu düşüncənin doğru olmadığı məlumdur. Şimali İraqdakı Şanidar mağarasında tapılan qalıqlar neandertalların ölüləri dəfn etdiyini və məzarlarını çiçəklərlə bəzədiyini göstərir.
Neandertalların fiziki gücü və fərqli görünüşü onların Avropada təkamül etmiş ilk insanlar olmasından qaynaqlanır. Maraqlıdır ki, günümüz insanlarının genetikasında 2-4% arası neandertal genləri mövcuddur.
Neandertalların nəsli necə tükənib?
Neandertalların nəsli haqqında müxtəlif iddialar irəli sürülür. Bunlardan biri onların yeni iqlim şəraitinə uyğunlaşa bilməməsi və praktik olmamalarıdır. Digər bir iddiaya görə isə neandertallar tamamilə yox olmayıb və az sayda da olsa, insanlardan uzaqda hələ də yaşayırlar.
Monqolustandakı gizli iddialar
Monqolustanın mədəniyyətdən uzaq bölgələrində yaşayan ovçular qeyri-adi bir növlə qarşılaşdıqlarını iddia ediblər. Onların təsvir etdiyi iri cüssəli, əzələli, geniş üzlü və böyük burunlu varlıqlar neandertalları xatırladır. Maraqlıdır ki, həmin bölgələr neandertalların öyrəşdiyi soyuq iqlim şəraitinə də uyğundur. Araşdırmalar aparılsa da, bu iddiaları təsdiq edən sübutlar hələlik tapılmayıb.
Zana əfsanəsi
19-cu əsrdə yaşamış Zana adlı qadının hekayəsi də diqqətəlayiqdir. İri cüssəli, tüklü və fərqli davranışları ilə seçilən bu qadının neandertallarla oxşar xüsusiyyətlərə malik olduğu iddia olunur. Hələ də bu əfsanənin doğruluğu təsdiqlənməyib, lakin tədqiqatlar davam edir.
Mənbə: engin deniz videoları
Tərcümə edən: Fatimə Cabbarlı
