Bu gün:

Xəyal gücündən səslər yox olur


Anauraliya, insanların zehinlərində səsləri təsəvvür edə bilməməsi ilə xarakterizə olunan nadir bir vəziyyətdir. 

Bu halda olan şəxslər, məsələn, bir itin hürməsini və ya bir mahnını zehinlərində canlandıra bilmirlər. Anauraliya, vizual təsəvvürün olmaması vəziyyəti ilə xarakterizə olunan afantaziya ilə əlaqələndirilir və cəmiyyətin yalnızca təxminən %1-ni təsir edir. Bu vəziyyət hər hansı məhdud bir vəziyyət yaratmadığı kimi, diqqət səviyyəsinin artması kimi potensial faydalar da təmin edə bilər.

Auckland Universitetinin Psixologiya Professoru Tony Lambert, bu mövzunun xüsusilə yazarlar, musiqiçilər və şairlər üçün yaradıcı prosesdə önəmli bir yerə sahib olduğunu vurğulayır. Lambert, "Beyin xəyali səsləri necə yaradır və ya yarada bilmir? Bu, sənətçilər üçün yaradıcı prosesin açarı ola bilər" - deyə qeyd edir.

Anauraliya yaşayan Auckland Universiteti tələbəsi Sang Hyun Kim, başqalarının xəyali səsləri eşitmə fikrini "qəribə" hesab etdiyini bildirir və bu sahədəki araşdırmalardan böyük həyəcan duyduğunu ifadə edir.

Son illərdə eşitmə yönlü təsəvvürlər vizual təsəvvürlər qədər maraq görməsə də, Lambert bu vəziyyətin dəyişməkdə olduğuna inanır. Afantaziya terminini ortaya atan alim Adam Zeman ilə tanış olduqdan sonra mövzuya maraq göstərməyə başladığını bildirən Lambert, "Artıq səssiz bir daxili dünyanın nə qədər geniş yayıldığına dair yaxşı cavablarımız var. Ancaq bunun psixoloji təsirlərini anlamaq daha uzun sürəcək" - deyə qeyd edir.

Bu cür nadir zehni quruluşların daha geniş bir kontekstdə yaradıcı proseslərə və insan qavrayışına necə təsir etdiyini anlamaq, həm elmi, həm də sənət insanları üçün böyük bir maraq mövzusu olmağa davam edir.

 Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova



Paylaş
Şərh əlavə et