Bu gün:

Qəribə Yeni il adətləri


Yeni il sevimli bayramlardan biridir, lakin hər bir ölkənin sakinlərinin əməl etdiyi öz adət-ənənələri var. Bu da onlardan bir neçəsi: 


1. İtaliyada insanlar Yeni ildə qırmızı paltarlar geyinirlər. Sakinlər qırmızı rəngin uğur gətirdiyini düşünürlər. Yeni il ərəfəsi İtalyan mağazalarının vitrinləri parlaq qırmızıya çevrilir- satıcılar qırmızı rəngli paltarları, aksesuarları ən görkəmli yerə qoyurlar. 


2. Almaniyada Yeni il səs-küylü, şən, yemək masası qarşısında qeyd olunur. Almanların əyləncəli bir ənənəsi var: saatın ilk zərbəsi ilə stullara, masalara və kreslolara qalxırlar və son zərbə ilə sevincli qışqırıqlarla yeni ilə, yəni yerə tullanırlar. 


3. Şotlandiyalılar yeni il ərəfəsində viski və şərab saxlayan köhnə barelləri yandıraraq Şotlandiyanın əsas küçələrində yuvarlandırırlar. Bu adət köhnə ildən qalan hər şeyin yandırılması ilə simvollaşdırılır. 


4. İsveçlilərin də Şotlandiyalılar kimi yandırma ənənəsi var. Onlar 13 metrlik saman keçisini “Yevl keçisi” ritual olaraq yandırırlar. Keçi Yevle şəhərinin əsas meydançasında quraşdırılır və Yeni il ərəfəsində təntənəli şəkildə yandırılır. Bu, bütün pis şeylərlə vidalaşmağı simvollaşdırmalıdır. 


5. Peruda yerli sakinlər qadınların, uşaqların, kişilərin iştirak etdiyi kütləvi Yeni il döyüşləri təşkil edirlər. Hamı küçələrə çıxır və məmnuniyyətlə bir-birini döyür. Peruluların məntiqinə görə köhnə ildəki pis əməllərinizə görə bir-birinizi döysəniz, yeni ildə taleh onları cəzalandırmayacaq.


6. Argentinada insanlar son gündə lazımsız sənədlər, blanklar, köhnə təqvimlər pəncərələrindən atılır. Dekabrın ortalarında Buenos Airesin bütün məhəllələri kağızlarla örtülmüş olur. Bu ənənənin haradan gəldiyini və nəyi simvollaşdırdığını heç kim bilmir. 


7. Panamada yeni ildə məşhur şəxsiyyətlərin — siyasətçilərin, idmançıların, aktyorların qorxuluqlarını (çuçelo) yandırmaq adətdir. Qorxuluqlar keçən ilin problemlərini simvollaşdırır və “muneco” sözü ilə təsvir olunur. Panamalılar prezidentlərinin və ya Olimpiya çempionunun qorxuluqlarını məmnuniyyətlə yandırırlar. Siyasətçilərə və idmançılara pis bir şey arzulamasalar da, hörmətlərini bu qədər qəribə bir şəkildə ifadə edirlər.


8. Mikroneziyalılar gələn ili rahat, xoşbəxt və problemsiz yaşamaq üçün sadəcə adlarını dəyişdirirlər. Pis ruhların artıq onları tapa bilməməsi üçün mikroneziyalılar 1 yanvarda ağızlarını ovucları ilə örtərək yeni adlarını qohumlarının qulağına pıçıldayırlar. Pis ruhlar eşitməyəcək və qohumlar indi sizə necə müraciət edəcəyini biləcəklər.


Mənbə: Chip.Travel


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et