Bu gün:

1990-cı illərin məşhur moda trendləri


1990-cı illərin məşhur moda trendləri nostalji ilə xatırlanan və bəzən yenidən geri qayıdaraq istifadə edilən bir çox məşhur üslubu ilə yadda qalıb. 

21-ci əsrdə də tez-tez istifadə olunan bu moda trendlərini sizinlə bölüşürük: 


Grunge modası

Geniş, rahat və qarışıq geyimləri ilə fərqlənir bu tərz. Xüsusilə “Nirvana” kimi qrupların təsiri ilə məşhurlaşan “Grunge” tərzi, cırılmış cins şalvarlar, damalı və ya naxışlı köynəklər, dəri gödəkçələr ibarət olub. Bu stildə daha çox tünd rənglərə üstünlük verilib: qara, tünd qırmızı, tünd yaşıl və bu növ ağır rənglər.


Platformalı ayaqqabılar

Xüsusilə “Spice Girls” kimi pop qruplarının təsiri ilə platforma ayaqqabılar moda dünyasında böyük yer tutub. Qalın dabanlı ayaqqabılar qadınlar tərəfindən həm gündəlik, həm də gecə geyimində istifadə edilərək 90-cı illərin moda ikonasına çevrilib.


Crop kəsim koftalar

Qarın hissəsini açıqda qoyan crop geyimlər yay aylarının ən çox istifadə edilən parçası olub. Yüksək belli şalvar və ya ətəklərlə birləşdirilərək geyinilən bu paltarlar 21-ci əsrdə də məşhur geyim növü olaraq qalıb. 


Baggy şalvarlar

Hip-hop mədəniyyətinin təsiri ilə məşhurlaşan geniş şalvarlar həm qadın, həm də kişi modasında ön planda idi. Geniş kəsimli cinslər və aşağı belli şalvarlar gənclər arasında çox populyar idi.


Cins modası

Cins gödəkçələr, cins şalvarlar, cins ətəklər dedikdə ağıla ilk gələn 90-cı illər modası olur. 90-cı illərdə hər yerdə cins geyim görmək mümkün olub. Xüsusilə başdan-ayağa cins geyinmək böyük bir trend halına gəlib.


Aşağı bel şalvarlar

90-cı illərin sonlarında xüsusilə qadın modasında aşağı belli şalvarlar çox məşhurlaşıb. “Britney Spears” və “Christina Aguilera” kimi pop ikonları bu trendi daha geniş kütləyə yayıb.


Minimalist moda

“Calvin Klein” kimi dizaynerlərin təsiri ilə sadəlik ön planda olan bu moda düz kəsim və pastel tonlarında olan donlar, incə sadə aksesuarlarla 90-cı illərin trendlərindən biri olub. 


Mənbə: Oggusto

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et