
27 avqust 1896-cı ildə Böyük Britaniya ilə Zanzibar arasında baş vermiş müharibə idi. 38 dəqiqə çəkdi. İngiltərənin dəstəklədiyi sultanın ölümü və taxt-taca çıxacaq oğlunun devrilməsi və onun qardaşı oğlu Xalid bin Barqaşın varisliyi və ingilislərin adadakı təsirinə son qoymaq istəyi idi.
İngilislər 27 avqust 1896-cı ildə səhər saat 9-da atəş açdılar. Sultanın silahlı yaxtası Qlazqo qısa müddətdə batdı. Sarayın yıxılması və ölənlərin sayının artması səbəbindən Barqaş tez bir zamanda Alman İmperiyasının konsulluğuna sığınıb geri çəkildi. Çəkiliş 38 dəqiqədən sonra başa çatıb. Nəticədə Barqaş yıxıldı və onun yerinə Britaniyanın dəstəklədiyi Hamud bin Məhəmməd gəldi. İngilis komandiri Harri Rawson Tanzaniya sultanı Xalidə üç kreyserlə gəldiklərini və təslim olmasalar, atəş açacaqlarını bildirir. Xalid ingilislərin blef etdiyini zənn edir və deyir: “Buyurun, səndən qorxanlar sənin kimi olsun”. Amma sonradan işlər o qədər də yaxşı getmir. Harri vədinə əməl edir və sarayı bombalayır, tanzaniyalılar həyatları üçün qorxu ilə təslim olurlar.
40 dəqiqə ərzində 500 tanzaniyalı məğlub olduğu halda, yalnız bir ingilis ciddi ziyan gördü. Bu müharibədə ingilis batareyaları Zənzibara yaxınlaşan kimi ölkə təslim oldu. Beləliklə, döyüş cəmi 38 dəqiqə davam etdi.
Mənbə: Buzfeed
Tərcümə etdi: Mina Yadigarlı
