Bu gün:

Nikolay Mirlikiyskiy necə Santa Klaus oldu?


Müqəddəs Nikolay eramızın 3cü əsrinin son üçdə birində və 4cü əsrin sonlarında yaşayıb və Kiçik Asiyanın Mira şəhərində yepiskop olub. Onun ölü dənizçini diriltdiyi, haqsız yerə edam olunanları xilas etdiyi, taxıl tacirinin yuxusuna girib gəmisini o zaman aclıqdan əziyyət çəkən Mira şəhərinin sahillərinə yönəltməyi əmr etdiyi deyilir. Yepiskop həm də gizli şəkildə yoxsullara kömək edirdi. Bir gün Nikolayın kasıb bir ailənin bacasına atdığı qəpik təsadüfən corabın içinə girir. Bu hadisə uğur gətirərərək həmin ailədən 3 bacının ailə qurmasına səbəb olur.


Orta əsrlərdə alman və holland uşaqları Müqəddəs Nikolayın anım günü - 6 dekabrda qapının ağzına ayaqqabı, bacalarından isə corab asaraq hədiyyə gözləyirdilər. 16cı əsrdə Almaniyada protestanizm yayıldı və katolik müqəddəslərinə görə bayramlar qadağa olundu. Bundan sonra hədiyyələrin uşaqlara 24 dekabr milad bayramı ərəfəsi İsanın adından verilməsi tapşırıldı. Nikolayın xatirəsi milad babasının (Weihnachtsmann) obrazında əks olundu. Bayramı 6 dekabrda qeyd etməyə Nikolayı “Sinterklass” adlandıran bəzi hollandiyalılar davam etdi. Hollandiyalıların sayəsində bu adət Niderland koloniyası olan Yeni Amsterdam indiki Nyu-Yorka gəldi. 1822ci ildə amerikalı Klement Klark Mur “Müqəddəs Nikolayın ziyarəti” adlı şeirini yazaraq, ilk dəfə Şaxta Babanın görünüşünü təsvir etdi: maralların hərəkət etdirdiyi kirlşədə səmada hərəkət edən və bacalara dırmaşan ağ saqqalı gombul Elf. “Santa Claus” personajı nəhayət olaraq 1931ci ildə rəssam Haddon Sandblomun Murun şeirindən ilhamlanaraq “Coca-Cola” şirkəti üçün reklam afişası çəkdiyi zaman meydana gəldi. Santa üçün model sənətkarın yaşlı dostu, keçmiş satıcı Lou Prentice idi. 

Mənbə: Culture.ru

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et