Bu gün:

“Secret santa” nədir və necə yaranıb?


Kanada və Böyük Britaniyada bu oyuna “Kris Kindl”, Braziliyada “Gizli dost”, İspaniyada “Görünməz dost”, bəzi Avropa ölkələrində isə “Polianna” deyirlər. Yeni il hədiyyələrinin anonim şəkildə verilməsi böyük ailələr, dostlar və iş yoldaşları arasına keçirilir. Oyunun cəmi iki əsas qaydası var: Hədiyyənin məbləği əvvəlcədən qərarlaşdırılmalı və hədiyyəni verən insan gizli qalmalıdır.



Bu oyunun necə yarandığına dair bir neçə versiya mövcuddur. Onlardan biri-gizli şəkildə hədiyyələrin verilməsi 20ci əsrin sonlarında Amerikada yaranıb. İlk Secret Santa Missuri ştanından olan milyoner Larri Stüart adında birisidir. Deyirlər ki, Stüart 25 ildən çoxdur ki yeni il ərəfəsində ehtiyacı olanlara pul paylayıb buna görə də ona “secret santa” ləqəbi verilib. Stüart kimliyini yalnız ömrünün sonunda-ölümcül xəstə olduğunu biləndə açıqlayıb. Stüart insanları işini davam etdirməyə dəvət edib və beləliklə, də bu iş adət halına çevirilərək hər yeni il ərəfəsi oynanılan bir oyun halına gəlib. 


Başqa bir versiyaya əsasən isə oyun “Julklapp” (İsveç dilindən “Milad hədiyyəsi” kimi tərcümə olunur) adında Skandinav ənənəsindən yaranıb. Məqsədi qapını yüksək səslə döyməkdən açılanda isə hədiyyəni bəlli olmadan evə atmaqdan və ya başqa bir gözəgörünməz şəkildə qapının astanasına qoymaqdan ibarət idi. Bu adət-ənənənin kökləri Müqəddəs Nikolayın köməkçilərinin özünü yaxşı aparan uşaqlara hədiyyə verməsi ilə bağlı əfsanələrə gedib çıxır.


Mənbə: mir24


Tərcümə etdi: İbrahim Çobanlı


Paylaş
Şərh əlavə et