
Klayd Barro 24 mart 1909-cu ildə Teksas ştatının Teliko şəhərində yoxsul fermer ailəsində anadan olub. O, böyük qardaşının təsiri ilə çox erkən yaşlarından cinayətlərə əl atıb.
Boni Parker 1910-cu il oktyabrın 1-də Teksas ştatının Rovena şəhərində anadan olub. Onun Klaydla görüşünə qədərki həyatı bir sirr pərdəsidir.
Gənc yaşda Klayd ABŞ Hərbi Dəniz Qüvvələrinə yazılmaq istəyirdi, lakin xəstəlikləri səbəbindən qəbul edilməyib. Bu, qolunda 'USN' (ABŞ Hərbi Dəniz Qüvvələrinin abreviaturası) yazılmış döyməsi olan Klayd üçün ağır zərbə olub.
Amansız cinayətkar ilk dəfə 1926-cı ildə orta məktəbdə oxuyan sevgilisini görmək üçün icarəyə götürdüyü maşını geri qaytarmadıqdan sonra həbs edilib.
Hadisədən 3 həftə sonra o, hinduşka ilə dolu yük maşını oğurladığı üçün qardaşı ilə birlikdə yenidən həbs edilib.
Bonni 16 yaşına çatmazdan altı gün əvvəl Roy Tornton adlı orta məktəb yoldaşı ilə evlənib. Ancaq yaxşı vaxtlar bir neçə ay davam edib və Bonni 1929-cu ildə oğurluğa görə həbs edildikdən sonra ərini bir daha görməyib.
Klayd 1930-cu ildə Boni Parker ilə tanış olub. İkisi bir-birinə dəlicəsinə aşiq olub və bu hadisələr boyu Boni Roydan boşanmayıb. Bu ikili və onların qrupları müxtəlif ştatlarda davamlı olaraq quldurluq və qətllərlə məşğul olurdular.
Boni və Klayd müasir Robin Hoods kimi tanınsalar da, bankları və varlı korporasiyaları qarət etsələr də, onlar əsasən yanacaqdoldurma məntəqələrini və marketləri qarət edirdilər. Onların qazancı bəzən 5-10 dolları keçmirdi.
23 may 1934-cü ildə kapitan Frank Hamerin başçılıq etdiyi 6 nəfərlik qrup Boni və Klaydı pusquya salıb. Onlar ikiliyə təxminən 130 polad örtüklü güllə atıblar. Ayrılmaz həyatlarına baxmayaraq, ölüm onları ayırıb. Ekipaj üzvlərindən bəziləri Klaydın qulağını və barmaqlarını suvenir kimi götürməyə çalışıblar. Kapitan onların qarşısını kəssə də, bir nəfər Boninin saçından bir tutam və qanla örtülmüş paltarının bir parçasını götürə bilib.
Onların vəsiyyətnamələrində ikisinin birlikdə dəfn olunmaq istədikləri qeyd edilsə də, Boninin anası qızının yaşadıqları yerdə dəfn edilməsini istəyib və belə də olub. Klayd qardaşının yanında dəfn edilib və məzar daşının üzərində əl yazısı ilə "getdi, lakin unudulmadı" sözləri yazılıb.
Mənbə: Onedio
Tərcümə etdi: Sona Osmanova
