
Mifologiyada ağla gələn ən məşhur miflərdən biri də Kral Midas və onun qulaqlarıdır. Frigiyanın əfsanəvi kralı Midasın mifologiyaya görə “eşşək qulaqları” olduğu müəyyən edilir.
Tarixin əsrarəngiz padşahlarından biri kimi Kral Midas əfsanəsi dildən dilə yayılıb. Kral Midas Qordion şəhərində yaşamış Frigiya Kralı kimi tanınıb. Onun əfsanələri hakimiyyətə gəlişi, həyat tərzi və ölümü ilə birlikdə tarixdə xüsusi yer qazanıb. Kral Midas eramızdan əvvəl 738-ci ildən 696-cı ilə qədər Qordionda hökm sürüb. Dinlənilən əfsanələrdən olan Midasın Qulaqları da ən az Midas qədər əhəmiyyətli yer tutur.
Tanrı Pan və Yunan Tanrısı Apollon arasında keçiriləcək musiqi yarışmasında Midasın münsif olması tələb edilib və onun da iştirakı məqsədəuyğun hesab edilib. Midas Pana, başqa hakim isə Apollona səs verib. Midasın ona səs vermədiyi üçün Apollon qəzəblənib və Midasın qulaqlarını eşşək qulağına çevirərək, onun gözəl musiqisini anlamayan adam olduğunu, ancaq eşşək qulağına yaraşan qulağın olduğunu söyləyib. Əfsanədə deyildiyi kimi, Midas indi bu qulaqlarla insanların arasında gəzməyə başlayıb. Kral Midas susaraq və heç kimə demədən bu qulaqlarını gizlətməyə çalışıb. Lakin bir gün bərbərə gedəndə bərbər Midasın qulağına fikir verib və bu barədə heç kimə deməyib.
Amma bir müddət sonra daha dözə bilməyib, bunu deməli olduğunu düşünüb və quyuya gedib Midasın sirrini quyunun içinə bağırıb. Əfsanəyə görə, quyunun suyu qamışlığa çatıb və bu yolla Midasın qulaqları hər yerdən eşidilib. Xalq Midası ələ salmağa və onu təhqir etməyə başlayıb. Kral Midas artıqa dözə bilməyib qulaqlarını kəsdirməyi düşünüb və bunu edib, lakin bir müddət sonra qulaqlarının sarmaşıq şəklində böyüdüyünü, əvvəlkindən də pis göründüyü anlayıb. O, Allahdan kömək diləyib və Allah Midası bağışlayıb: onu səssizcə öldürüb və qəbrə basdırıb.
Mənbə: m.habertürk
Tərcümə etdi: Sona Osmanova
