Bu gün:

"Tələbələr onu dünyanın ən çətin dili hesab edir"- Vanq Baovei


24media.az-ın budəfəki müsahibi Konfutsi İnstutu və Xəzər Universitetinin Çin dili müəllimi Vanq Baoveidir. O, Çin dilinin çətinlikləri və fərqli mədəniyyətlərdən olan insanların bu dili öyrənmə prosesindən danışıb. -Çin dilini öyrənməyin ən çətin tərəfləri nələrdir?

Hamımız bilirik ki, Çin dili fərqli bir dildir. Dünyanın əksər dillərindən fərqlidir və tələbələr onu "dünyanın ən çətin dili" hesab edir. 

Dilin özünə gəldikdə isə, çətinliklər, əsasən, üç aspektə bölünür. 

Əvvəla, Çin dilində fərqli tələffüz formaları var. Məsələn, Çin dillərindən biri olan Mandarin dilinin dörd fərqli tələffüz qaydası var. Başqa dillərdə belə xüsusiyyət olmaması xarici tələbələr üçün bu dili öyrənməyi çətinləşdirir. 

Digər məsələ Çin simvolları ilə bağlıdır. Çin dili ideoqrafik olduğundan səsləri yadda saxlamaqla yanaşı, personajların formalarını– simvolları da yadda saxlamaq lazımdır. 

Başqa bir çətinlik isə qrammatikadan qaynaqlanır. Bu dilin qramamtikası çox dinamikdir, isim, sifət, zərflər üçün müəyyən qaydalar yoxdur. 

-Siz müəllim kimi bu çətinlikləri necə aradan qaldırırsınız?

Dərsləri daha cəlbedici etmək üçün unikal tədris metodlarından( şəkil, video, səs, oyun) istifadə etmək effektivdir, lakin əsas məsələ təkrardır. İstənilən bir dili öyrədən zaman müəllimin əsas işi tələbələri həvəsləndirmək, səhvlərini düzəltməyə kömək etmək, danışmağın vacibliyini vurğulamaqdır. 

-Müxtəlif mədəniyyətlərdən olan tələbələr ilə işləyərək hansı fərqliliklərin şahidi olursuz?

Azərbaycana gəlməmişdən əvvəl Ukraynada Çin dili dərsləri keçmişəm. Eyni zamanda, Afrika və Cənub-Şərqi Asiyadan olan tələbələr ilə tanış olmuşam. 

Fərqlər çoxdur. Məsələn, Azərbaycan, Ukrayna və Taylandın fərqli dinləri, yeməkləri, bayramları var. Bütün bu müxtəlifliklər normaldır və mənə yeni təcrübələr qazandırır. Əlbəttə ki, bu rəngarənglik dil öyrənmədə, xüsusilə də tələffüz zamanı özünü göstərir. Bəzi tələbələr "j", "q", "x" hərflərini, bəziləri "b", "p", "d" və "t" hərflərini tələffüz etməkdə çətinlik çəkir, amma Çin dilinə bələd olan tələbələr də az deyil. 

Aydan İbrahimli

Paylaş
Şərh əlavə et