Bu gün:

Motivasiya ilə intizam arasındakı fərq- Psixoloqdan açıqlama


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi təlimçi, ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. Psixoloq motivasiya və intizam arasındakı əlaqədən danışıb.

-Motivasiya ilə intizam arasındakı fərqi necə izah edərdiniz?

 - Motivasiya və intizam birlikdə olduqda insan öz arzularına, hədəflərinə daha tez çatır. Amma bu ikisi arasında incə məqam var. Motivasiya arzuladığın, başladığın bir işə qarşı olan sonsuz həvəsdir. Hətta heç kimin sözü, heç bir hadisə, həyatda baş verilən istənilən situasiya motivasiyanı azaltmır. Lakin intizamlı insanda bir qayda-qanun çərçivəsi var. Onlar bir işi addım-addım edirlər. Onlar üçün zamanın önəmi var. Eyni zamanda, özlərinin gündəlik rutini var, daxili konfliktləri yüksəkdir. Nəticə olaraq, motivasiya nə olursa, olsun, insanı hədəfə çatmağa yönəldir, əksinə intizama daha çox fikir verən insanlarda isə intizam qaydaları pozulduqda  motivasiyaları azala bilər. 

Lakin bunların ikisi birləşdikdə, intizam qaydalarını inkişaf etdirdikdə, daxili mühakiməni azaldıb özünə daha azad fikirlərlə yanaşdıqda hər bir işdə irəliyə getmək olar.


Aydan İbrahimli 

Paylaş
Şərh əlavə et