24media.az-ın növbəti qonağı qida mühəndisi Fərid Səfərovdur. O, mövsümi qidalanma və immun sistemimizi gücləndirən qidalardan danışıb.
Qış ayları soyuq hava şəraiti ilə yanaşı bədənimizin də daha çox enerji və qida maddələrinə ehtiyac duyduğu bir dövrdür. Bu dönəmdə sağlam qidalanma immun sistemimizi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün önəmlidir.
Qış aylarında daha çox hansı vitamin və minerallara ehtiyac duyuruq və bu maddələr hansı qidalarda tapıla bilər?

Ətrafımızdakı insanların, bəlkə də, yarısı xəstədir.
Qışda immunitet sisteminə təsir edən müxtəlif amillər var:
- günəşin təsirinin azalması.
- iş və məktəb tempinin artması.
- günlərin qısalması.
- yuxu rejimində dəyişikliklər.
- fiziki fəaliyyətin azalması.
- temperatur azaldıqca içilən suyun miqdarının azalması və s.
Xəstələnməmək və immunitetimizi gücləndirmək üçün nə edə bilərik?
- lazımi qədər və balanslı qidalanın.
- davamlı şəkildə idmanla məşğul olun.
- yuxu rejiminə riayət edin.
- stressi minimuma endirin.
- spirtli, qazlı və şəkərli içkilər içməyin.
- tütün məmulatlarından uzaq durun.
- pis vərdişlərdən uzaqlaşın.
- sağlam çəkinizi qoruyun.
- gigiyena qaydalarına xüsusilə əməl edin.
- mövsümi meyvə və tərəvəzlər, xüsusən də portağal, ispanaq, cəfəri, balıq, yumurta, badam, qoz, qatıq və s. qidaları qida rasionunuza daxil edin.
- immuniteti gücləndirən A və C vitaminləri ilə zəngin olan kök, brokoli, balqabaq, kələm, gül kələm, cəfəri kimi tərəvəzlər və portağal, naringi, kivi, nar, alma və qreypfrut kimi meyvələrdən istifadə etmək çox vacibdir.
- araşdırmalara görə tərəvəz və meyvələrdən yüksək miqdarda C vitamini qəbul edən insanlarda ürək xəstəlikləri və erkən ölüm riski daha azdır, portağal, qreypfrut, naringi, limon, kivi və cəfəri C vitamini mənbəyidir.
- vitamin E çatışmazlığı bədənin soyuqdəymələrə qarşı müqavimətini azaldır, yaşıl yarpaqlı tərəvəzlər, badam, fındıq, qoz və paxlalılar E vitamini mənbəyidir.
- antioksidant olan A vitamini ilə bədən toxumalarının təmirində rol oynayır, xərçəng xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir. Qaraciyər, balıq yağı, süd, yağ, yumurta, pendir, qatıq, ispanaq, cəfəri, mərcimək, brokoli, pazı, balqabaq, yerkökü, kartof, qırmızı bibər, qreypfrut və noxud A vitamini mənbəyidir.
- bağırsaqlarınız nə qədər sağlam olarsa, bir o qədər sağlam olarsınız. Bu səbəbdən kefir və qatıq yeməyinizi artırın.
- qida ilə qəbul edilə bilməyən və günəş şüalarının təsirini azaltdığı bu qış günlərində D vitamini səviyyənizi yoxlamalısınız. Nəticəyə uyğun olaraq D vitamini qəbul edin.
Sağlam qidalanaraq sağlam yaşayın!
Türkanə Meşədiyeva
