Bu gün:

Mizofoniyanın narahatlıq və depressiya ilə genetik əlaqəsi olduğu sübut edilib


Bir çoxumuz kimsə dırnaqlarını lövhəyə sürtdükdə narahat oluruq. Mizofoniyadan əziyyət çəkən insanlar xoruldama, nəfəs alma və çeynəmə kimi səslərdən narahatlıq hiss edə bilərlər.

Bu yaxınlarda edilən bir araşdırmaya, əsasən, mizofoniyanın əvvəllər düşünüldüyündən daha çox yayıldığını, həmçinin Avropadan edilən araşdırmalar isə bu vəziyyətin narahatlıq və depressiya ilə əlaqəli olduğunu aşkar edib.

Amsterdam Universitetinin psixiatrı Dirk Smit və onun həmkarları "Psixiatrik Genomik Konsorsiumu", "Böyük Britaniya Biobankı" və "23andMe" məlumat bazalarından genetik məlumatları təhlil edərək müəyyən etdilər ki, özlərini mizofoniyaya məruz qoyan insanlarda bəzi psixiatrik xəstəliklərlə əlaqəli genlərə sahib olma ehtimalı daha yüksəkdir.

Araşdırmalar göstərdi ki, mizofoniya olan insanlar yaşadıqları stressi daha çox daxili qəbul edirlər. Smit və onun komandasının keçən il dərc etdiyi araşdırmalar bunu dəstəkləyir və mizofoniya ilə narahatlıq, günahkarlıq, təklik hissləri kimi şəxsiyyət xüsusiyyətləri arasında güclü əlaqə olduğunu göstərir.

Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et