Bu gün:

Xəyal qurmaq beyin üçün faydalıdır?


Heç nə düşünmədən oturub dincəlmək mümkün deyil. Beyninizi istirahət rejiminə qoymağa çalışsanız belə, adətən, özünüzü müxtəlif xəyal dünyalarına daldığınız yerdə tapırsınız, ancaq bu xəyallar faydalı ola bilər.

Nevroloqlar illər boyu beynin müəyyən bir işi yerinə yetirərkən çox işlədiyini və boş vəziyyətdə dincəldiyini düşünürdülər. Təcrübələrdə barmaqlarını hərəkət etdirmək, zehni hesablama aparmaq, şəkillərə baxmaq kimi hərəkətlər zamanı insanların beyni analiz edilərək hansı bölgələrin aktiv olduğu və beynin davranışları necə idarə etdiyi öyrənilməyə çalışılır.

Nevroloqlar müxtəlif fəaliyyətlər zamanı beynin necə işlədiyini görmək istədikləri üçün testlər arasında onu neytral vəziyyətə salmağın yollarını tapmağa çalışırlar. Buna nail olmaq üçün şəxsdən qara ekranda ağ "×" işarəsinə baxmaq tələb olunur.  Ehtimal olunur ki, bir şey haqqında düşünməsi tələb olunmayan beyin neytrallaşacaq, amma belə olmur.

Viskonsin ştatında bir doktorant bunu ilk dəfə təxminən 20 il əvvəl düşünüb. Beynin rahatlaması istənildiyi mərhələdə belə beyindəki fəaliyyət davam edir və bu koordinasiyalı bir fəaliyyətdir.

1997-ci ildə Gordon Skhulman insanlar müəyyən bir mövzuya diqqət yetirdikdə beynin hansı sahələrinin aktivləşdiyini görmək üçün müxtəlif beyin anakizlərinin nəticələrini araşdırarkən bunun əksini gördü: biz heç bir şey etmədikdə aktivləşən sahəni.

İnsanlar istirahət vəziyyətindən  bir fəaliyyətə keçid etdikdə beynin daha aktiv olması gözlənilir. Lakin Skhulman gördü ki, bu vəziyyətdə beynin bəzi sahələri durmadan daha az aktiv olur. Yəni insanlar heç bir şey etmədən beyin analiz edən cihazların içində sakitcə uzanarkən, beyinlərinin bəzi sahələri hər hansı bir işlə məşğul olduqları vaxtdan daha aktiv olub.

Bəs niyə heç bir şey etmədiyimiz an beyin bu qədər aktivdir? Bu mövzuda çoxlu nəzəriyyələr var, lakin hələ ki, ortaq bir razılaşma yoxdur. Bununla belə, bu fəaliyyət vəziyyəti yaddaşın möhkəmlənməsində rol oynaya bilər.

Bilirik ki, beyin öz işinə buraxılanda, adətən, gələcəyə, axşam yeməyində nə yeyəcəyimizə, gələn həftə hara gedəcəyimizə və s. fokuslanır.  Gələcəyi təsəvvür etməkdə iştirak edən beynin hər üç hissəsi "beynin normal parametrləri" daxilindədir.  Başqa sözlə desək, sanki beynimiz konkret bir işlə məşğul olmadığı halda gələcəyə fokuslanmaq üçün proqramlaşdırılıb.

Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et