Bu gün:

Alaskada neçə gündüz və gecə var?


Alaska geniş bir əraziyə sahibdir və orada gün və gecələrin sayı şəhərin yerləşdiyi enlikdən asılıdır. Ən şimalda yerləşən yaşayış məntəqəsi olan Barrow-da (indiki adı Utqiagvik, qış gündönümündə Günəş batır və 67 gün boyunca görünmür. Yay gündönümü yaxınlığında isə bunun əksi baş verirGünəş 85 gün boyunca batmır. Buna görə Barrowda hər il təxminən 298 gün və 280 gecə olur.


Ancaq Barrow-da müşahidə edilən bu xüsusiyyətlər 663300 kvadrat kilometr sahəyə malik olan bütün Alaskaya xas deyil. Şimal qütb dairəsinin şimalında yerləşən Alaskadakı hər şəhərdə ildə ən azı 24 saatlıq tam gündüz və gecə olur. Şimal qütb dairəsinin cənubundakı şəhərlərdə isə gecələr və gündüzlər hər gün qısalır və ya uzanır, amma hər zaman 24 saatlıq dövr ərzində həm gündüz, həm də gecə olur.

Yer kürəsinin meyli ilə bağlı olaraq, Alaskanın müxtəlif bölgələrində günlərin və gecələrin uzunluğu ilin vaxtına görə çox dəyişir. Buna görə də, hər şəhərdə gecə-gündüz tarazlığı enliklərə və mövsümə görə fərqlənir.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et