Bu gün:

Buradan keçmək cəsarət tələb edir: Şeytan körpüsü


İlk baxışdan dairə şəklində düzəldilmiş daş körpü təəssüratı yaratsa da, adı Şeytan körpüsü olduğu üçün yanıltıcı ola bilər. Bu illüziya, yaşıllıqdakı unikal təbiət mənzərəsi ilə birləşən suyu və yaşıllığı əhatə edən dairəvi şəkil çərçivəsi yaradıb. Yarımdairə şəklində nazik tağlarla inşa edilən Rakotz körpüsü, almanca adı ilə Rakotzbrük, su üzərindəki əksi ilə bir dairə yaradıb. Körpüyə verilən Şeytan körpüsü adı Almaniyanın Saksoniya ərazisində Kromlau parkındakı bu qüsursuz memarlıq quruluşundan gəlib. Özünəməxsus mənzərəsi ilə qiymətləndirilən körpü, yerləşdiyi parkın möhtəşəm təbiəti ilə birləşib.

Niyə şeytan körpüsü adlanır?

Rakotzbrük zərbə arasında "Şeytan körpüsü" kimi də tanınıb. Bu ad, Bolqarıstandakı Şeytan körpüsü kimi suda əks olunmasının təmin edilməsi nəzarət dairəvi təsvirdən gəlib. Şeytan Körpüsü adı təkzibi ehtiva etmir, əksinə, bu dahiyanə düşüncə ideyasına hörmət kimi qəbul edilə bilər. Öz əksi ilə birləşərək çevrə əmələ gətirən Rakotzbrük, təbii mənzərə ilə birləşərək mistik bir atmosfer yaradıb.

Aşağı Saksoniya əyalətinin məşhur parklarından olan Kromlau parkına getmək Almaniyanın mükəmməl nəqliyyat şəbəkəsi sayəsində çox asandır. Parka cüzi bir giriş haqqı müqabilində həftənin 7 günü, günün 24 saatı ziyarət etmək olar. Rakotzbrükə çatmaq üçün 4-5 kilometr təbiət gəzintisi etmək də mümkündür. Qeyd etmək lazımdır ki, yol boyu çoxlu qeyri-adi gözəl mənzərələrlə qarşılaşma ehtimalınız var. Kromlau parkı rəngarəng çiçəklərlə örtüldüyü üçün xüsusilə yaz aylarında tövsiyə olunub. Ancaq, Rakotsbrük mənzərəsi hətta yayda və ya qışda qar altında da unikaldır. Körpünün gələcək nəsillərə qalması üçün körpünün üzərində gəzmək qadağan edilib.

Mənbə: Hürriyyət
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et