Bu gün:

Stounhenc abidəsi


Əsrlər boyu tarixçilər və arxeoloqlar, Neolit dövrünə aid olan Stounhenc abidəsinin bir çox sirri ilə bağlı mülahizələr yürüdüblər. Bu abidənin inşası, təxminən 1,500 illik bir müddətdə həyata keçirilib. Stounhenc Cənubi İngilstərədə yerləşir və dairəvi şəkildə düzlənmiş təxminən 100 iri dik daşdan ibarətdir.

Müasir tədqiqatçılar əksər hallarda Stounhencin bir zamanlar dəfn yeri kimi istifadə olunduğu fikrini qəbul etsələr də, bu abidənin digər məqsədləri və ona hansı funksiyaların aid olduğu hələ də aydınlaşmayıb. Həmçinin, müasir texnologiyadan və hətta təkərdən məhrum bir mədəniyyətin bu nəhəng abidəni necə inşa etdiyi də hələ tam açıqlanmayıb. İnşa edilməsi daha da təəccüblüdür, çünki Stounhencin xarici halqasının təbii daşları yerli karxanalardan əldə edilsə də, elmi araşdırmalar daxili halqanı təşkil edən mavi daşların Preseli Dağları bölgəsindən, Velsin cənub-qərbində yerləşən bir ərazidən, təxminən 320 km uzaqlıqdakı mədənlərdən çıxarıldığını göstərib.

Hazırda Stounhenc 1986-cı ildən etibarən UNESCO Dünya İrsi Siyahısında yer alıb və hər il təxminən 1 milyon turist tərəfindən ziyarət edilib.

Stounhencin sarsen daşları, ən böyüyünün çəkisi 40 tondan çoxdur və hündürlüyü 24 futa (təxminən 7.3 metr) çatır, ehtimal ki, Salisbury düzənliyindən 25 mil (təxminən 40 km) şimalda yerləşən karxanalardan əldə edilib və xizəklər və kəndirlərin köməyi ilə daşınıb. 

Digər tərəfdən, daha kiçik ölçülü mavi daşlar, təxminən 200 mil (təxminən 320 km) uzaqlıqdakı Velsdə yerləşən Preseli dağlarından olduğu güman edilib.

Mənbə: History.com
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et