
Üç onillik ərzində İspaniyanın kiçik Belmes de la Moraleda şəhərinin evlərindən birində yerdə görünən insanların üzlərinin öyrənilməsi davam edib, araşdırılıb. Bir çox alim bu qəribə şeyi aydınlaşdırmağa çalışıb. Bu işlə maraqlanan tədqiqatçılar və jurnalistlər bir ipucu axtarıblar. Ancaq cavab heç vaxt tapılmayıb.
1971-ci ilin sentyabr ayı Mariya Qomez Qamara evinə alış-veriş edib qay. Mətbəxində ocağın divarında qəribə ləkələr görüb. Onlara daha yaxından baxaraq, bunun dəhşətli bir qadın üzünün görüntüsünə bənzədiyini görəndə təəccüblənib. Bu izləri silmək cəhdləri onun üçün uğursuz olub. Mariya öz ərini çağıraraq bu ocağı söküb yerinə yenisini tikməsini xahiş edib, ancaq bir müddət sonra üz yenidən yeni ocaqda görünüb.
Bir həftə üzlərdən qurtulmaq üçün uğursuz cəhdlərdən sonra artıq yerdə, Mariya, əri və oğlu Miqel döşəməni yeni bir sement təbəqəsi ilə örtməyə qərar veriblər. Bir neçə gündən sonra üzlər yenidən görünüb. Yerli bələdiyyə başçısı bu qeyri-adi vəziyyəti öyrənib və üzlərin məhv edilməsini qadağan edib. Döşəmənin böyük bir hissəsinin kəsilməsini və analiz üçün təhvil verilməsini əmr edib. O vaxtdan bəri bu evdə araşdırmalar başlayıb. Qamara ailəsinin evinin altında XIII əsrin insan qalıqlarının olduğu ortaya çıxıb. Sümüklər çıxarılaraq araşdırılmağa aparılıb. Təmir başa çatdıqdan bir neçə gün sonra döşəmədə üzlər yenidən görünüb.
Belmes evi turistlər və tədqiqatçılar arasında qeyri-adi dərəcədə populyarlaşıb. Üzlər mütəmadi şəkildə görünməyə davam edib, ev sahiblərinin dediklərinə əsasən bu üzlər hər dəfə fərqli görünüb. 1974-cü ildə tədqiqatçılar belə bir üzün təzahür anını belə çəkə biliblər.
Evin xanımı Mariya Qomez Qamara bu görüntülərin yerdə görünməsində səbəbkar olaraq şübhəli bilinib. Bu qadının qeyri-adi davranışlara sahib olduğu barədə şayiələr yayılıb, onun qəsdən aldatmaqdan da şüphələri mövcud olub. Mariyanın özünün yerdə şəkillər yaratdığı ortaya çıxsa da, ölümündən sonrq da sirli üzlər peyda olmağa başlayıb.
Hal-hazırda bu evdə yeni simalar görünmür. Əvvəllər ortaya çıxanlar tədricən solğunlaşır. Hadisənin səbəbləri hələ də sirr olaraq qalır.
Mənbə: mirtayn.ru
Tərcümə etdi: Fatimə Kərimli
