
JAMA NETWORK open jurnalında dərc olunan araşdırma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iyirmi il ərzində topladığı məlumatlardan istifadə etməklə 183 ölkədə aparılıb. Məlumatlara görə, qlobal ömür uzunluğu 20 ildə 6,5 il artıb.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu artım "sağlam ömür uzunluğundakı paralel artımla üst-üstə düşməyib". Məlumatlar göstərdi ki, uzunömürlülükdəki qazanc sağlam uzunömürlülükdəki ekvivalent irəliləyişlərlə paralel deyil.
Tədqiqatın böyük müəlliflərindən biri və ABŞ-da yerləşən Mayo Klinikasının üzvü Dr.Andre Terziç açıqlamasında bildirib ki, qocalmaq çox vaxt xəstəliklərlə dolu olan daha çox ömür deməkdir.
"Bu tədqiqat uzunömürlülüyün keyfiyyətinə artan təhlükəni və sağlamlıqla ömür boşluğunun aradan qaldırılması ehtiyacını vurğulayan mühüm təcrübə və siyasət nəticələrinə malikdir" dedi.
Sağlamlıq və gözlənilən ömür arasındakı fərq, məlumatların mövcud olduğu son il olan 2019-cu ildə 9,6 illik fərq olaraq qeyd edilərkən, 2000-ci ildə 8,5 il olan bu fərq, son iyirmi ildə yüzdə 13 artdı.
Ən böyük fərqlər, ABŞ-da 12,4, Avstraliyada 12,1, Yeni Zelandiyada 11,8, Böyük Britaniyada 11,3, Norveçdə 11,2 il müşahidə olunub.
ABŞ-da müşahidə olunan boşluğu sürətləndirən əsas amillər kimi psixi sağlamlıq, maddə istifadəsi pozğunluqları və dayaq-hərəkət sistemi xəstəlikləri meydana çıxıb.
Afrika qitəsində yerləşən 2,33 milyon əhalisi olan Lesoto 6,5 il ilə sağlam ömür uzunluğu ilə insan ömrü arasında ən kiçik fərqin olduğu ölkə olaraq ifadə edilib.
Müvafiq olaraq Lesotodan sonra, Mərkəzi Afrika Respublikası (6,7 il), Somali (6,8 il), Kirbati (6,8 yaş) və Mikroneziya (7,0 il) ən kiçik fərqlərə malikdir.
Mayo Klinikasının MD/PhD tələbəsi və tədqiqatın ilk müəllifi Armin Garmany dedi: “Qlobal miqyasda sağlamlıqla bağlı həyat müddətinin genişlənməsi proaktiv sağlamlıq mərkəzli qayğı sistemlərinə doğru sürətləndirilmiş dönüş ehtiyacına işarə edir”.
Garmany əlavə etdi: "Hər bir coğrafiyaya xas olan vaxtlarda boşluğa töhfə verənləri müəyyən etmək, hər bir ölkə və bölgə üçün spesifik sağlamlıq müdaxilələri haqqında məlumat verməyə kömək edə bilər".
Tədqiqat müəllifləri yazır: “Qlobal miqyasda sağlamlıqla gözlənilən ömür fərqi qadınlar üçün kişilərə nisbətən orta hesabla 2,4 il daha böyük görünür”.
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
