Bu gün:

Alkatrazdan qaçan məhkum - Frank Morris


Frank Morris 1962-ci 11 iyunda Alkatraz həbsxabasından qaçmağı bacaran 3 nəfərdən biri olub.

San-fransisko körfəzinin ən çox mühafizə olunan həbsxanası Alkatrazdan qaçmaq elə də asan, bir günə başa çatan iş olmayıb. Morris və Anqlin qardaşları bu iş üçün aylarını xərcləyiblər: həqiqi insan saçlarından iplər hörüb, rezin gödəkçələrdən sal düzəldiblər. Nəhayət, bütün hazırlıqlar başa çatandan sonra, 11 iyun gecə saatlarında planı işə salıblar.

Planın gedişatında Anqlin qardaşlarının başına nə gəldiyi məlum olmasa da, Morris və Anqlinlər Alkatrazdan qaçmağı bacarmış ilk və son insanlar olaraq tarixə düşüblər. 

Allthatsinteresting saytının məlumatına görə, Frank Morrisin taleyi isə digərlərindən fərqli olaraq məlumdur. O, elə 11 iyun günü San-Fransisko körfəzində boğularaq ölüb. Onun adi bir cinayətkar olmadığını və sadə bir məhkumluq həyatı sürmədiyini iddia edən polis qüvvələri Morrisin ölümünü bir lütuf kimi qəbul ediblər.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et