Bu gün:

Ovçu olmaq istəyərkən ovlanan Lester Harvi


Bir neçə gün öncə ayı ovuna çıxmış Lester Harvi ov qəzası nəticəsində həyatını itirib. 

"Allthatsinteresting"in məlumatına görə, ovçulardan biri uzaqdan ağacın üzərindəki ayını tüfənglə vurub. Vurulan ayı və ağacdakı digər ayı ovçu Harvinin üzərinə yıxılıb. Harvi ağır yaralanıb. Bu qəzadan 4 gün sonra o dünyasını dəyişib.

Lesterin ölümü bəzi mübahisələrə, qızğın danışıqlara səbəb olub. Belə ki, ailəsi və dostları onun belə səhvə yol verməyəcək qədər dəqiq və çevik bir insan olduğunu söyləyiblər. 

Yaranan problemlərə baxmayaraq, hadisə ən qəribə qəzalar siyahısında özünə yer tapıb.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et