Bu gün:

Mənfi fikirlərdən necə qurtula bilərik?


Zehni sağlamlığınızı yaxşılaşdırmaq və mənfi fikirlərdən azad olmaq üçün aşağıdakı üsulları tətbiq edə bilərsiniz:

1. Mənfi düşüncələri tanıyın və qəbul edin

Zehninizdə yaranan mənfi fikirləri görməzdən gəlmək əvəzinə onları qəbul etməyə çalışın. Bu düşüncələrin niyə meydana gəldiyini araşdırın və onların sizə nə öyrətmək istədiyini anlayın.

2. Müstbət fikirləri beyninizdə daha əlçatan edin

Hər gün müsbət ifadələri təkrar etməklə beyninizin daha optimist olmasına kömək edə bilərsiniz. Məsələn, "Mən uğurluyam", "Hər şey yaxşı olacaq" kimi ifadələrdən istifadə edin.

3. Mənfi düşüncələri yenidən şəkilləndirin

Bir problemi və ya mənfi bir hadisəni alternativ, müsbət baxış bucağı ilə görməyə çalışın. Məsələn, "Uğursuz oldum" demək əvəzinə, "Bu mənim üçün öyrənmə fürsəti oldu" deyə düşünün.

4. Özünüzlə müsbət daxili dialoq qurun

Özünüzə qarşı daha anlayışlı və dəstəkləyici olun. "Bunu bacaracağam" və ya "Mən əlimdən gələni edirəm" kimi ifadələrdən istifadə edərək daxili motivasiyanızı artırın.

5. Faydalı hobbilər tapın

Həyatınıza enerji və məmnuniyyət gətirəcək yeni hobbilərlə məşğul olun. Rəsm çəkmək, musiqi ifa etmək və ya idmanla məşğul olmaq sizi həm məşğul edər, həm də mənfi düşüncələrdən uzaqlaşmağa kömək edər.

6. Gələcəyə çevik yanaşın

Həyatdakı dəyişikliklərə uyğunlaşmaq və elastik olmaq mənfi düşüncələrin təsirini azaltmağa kömək edər. Gözlənilməz vəziyyətləri təcrübə kimi qəbul edin.

7. Özünüzü günahlandırmaqdan çəkinin

Keçmişdəki səhvləri təkrar-təkrar düşünmək əvəzinə, onlardan dərs alıb gələcəyə daha inamlı addımlar atın.

8. Mənfi fikirləri yazın

Zehninizdəki mənfi fikirləri kağıza yazın. Bu üsul onları daha konkret hala gətirərək daha asan idarə etməyə kömək edər.

9. Diqqətinizi yenidən yönləndirin

Mənfi düşüncələr sizi narahat etdikdə, diqqətinizi başqa bir fəaliyyətə və ya maraqlı bir düşüncəyə yönəldin. Bu, mənfi təsirlərdən qurtulmağınıza kömək edər.

Bu üsulları davamlı tətbiq etməklə daha müsbət bir düşüncə tərzi əldə edə bilərsiniz. Unutmayın, hər şey zaman və səbr tələb edir. 

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et