Bu gün:

Kanninqem qanunu nədir?


Kanninqem qanunu qəsdən yalan məlumat verməklə həmsöhbətinizdən lazımi məlumatları əldə etməyə imkan verən psixoloji hiylədir. Bir insanı sizə hər şeyi söyləməyə məcbur etmək üçün birbaşa sual verməyə ehtiyac yoxdur. Bu təsir psixologiyada geniş şəkildə tanınır və hətta kəşfiyyat orqanları tərəfindən istifadə olunur.

Uord Kanninqem “Vikipediyanın” qurucusu sayılsada, məhşurluq ona səhvən gəlib.

Belə ki, o saytda məlumatı soruşmaq əvəzinə yanlış məlumatı ortaya ataraq daha çox fakt toplaya bilib. 

Bəs bu qanun niyə effektivdir?

Bu fenomenin əsas izahı insanların başqalarından daha ağıllı görünmək istəyidir. Birbaşa sual verəndə insan başa düşür ki, araşdırmalı, oxumalı, nəyisə izah etməli, xatırlamalı. Psixika belə bir fəaliyyəti əsassız olaraq enerji sərf edən hesab edir. Amma yanlış  bir şey deyəndə sadəcə olaraq, bir motiv yaranır. Amma kiminsə nəzəriyyəsini təkzib etmək, səhvini sübut etmək və faktlar təqdim etmək öz biliyini, iti ağlını və parlaq yaddaşını nümayiş etdirmək deməkdir.

Bir insan heç bir şəkildə inanclarımız, baxışlarımız və biliklərimizlə əlaqəli olmayan cəfəngiyat dedikdə, vəziyyəti düzəltməyə təcili ehtiyac duyuruq. 

Kanninqem qanunu hətta psixoloqlar arasında belə heç bir təhlükə yaratmayan gülməli bir hadisə kimi qəbul edilir. Bu, sırf manipulyasiya, təzyiq və ya aldatma deyil. İnsanları həvəsləndirmək tamamilə normaldır, xüsusən də məqsəd mahiyyətcə təhsil və bilik səviyyəsini yüksəltməkdirsə.  Bu hiylədən tez-tez Sokrat istifadə edib. Bəzən maraq doğuran bir mövzuda daha çox aydınlıq əldə etmək üçün o mövzu haqqında məlumatsız olmaq kifayətdir.

Mənbə: Vladislav Koçerıjkin
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et