Son illərdə “Baby, It's Cold Outside” mahnısının arxasındakı niyyətlər barədə mübahisə etmək mahnının özünə qulaq asmaq qədər məşhur bir fəaliyyətə çevrilib

Bir sənət əsəri dünyaya buraxıldıqdan sonra insanlar qiyamətə qədər onun mənasını və məziyyətlərini müzakirə etməkdə sərbəstdirlər. Sözügedən əsər hər dekabr ayında ictimai şüurda yenidən yaranan bayram mahnısıdırsa, bu xüsusilə doğrudur. Son illərdə “Baby, It's Cold Outside” mahnısının arxasındakı niyyətlə bağlı mübahisələr demək olar ki, mahnının özünü dinləmək qədər populyarlaşıb. Əslində, iki fəaliyyət bir-birinə bağlıdır. 2018-ci ilin dekabrında #MeToo hərəkatı kontekstində sözlərlə bağlı mübahisələr kreşendoya çatdıqda, mahnı ilk dəfə Rəqəmsal Musiqi Satışları Billboardında 10-cu pilləyə yüksəldi .
Mənbə: Mental Floss
Tərcümə etdi Qüdrət Məmmədova
