
Şamanizm dünyanın bir çox xalqlarının dünyagörüşünə təsir edən xüsusi sosial-mədəni hadisədir. Və Rusiya da istisna deyil. Bu dini cərəyan hələ də Sibir və Uzaq Şərq xalqları arasında məşhurdur. Dünyanın ən qüdrətli şamanlarının Rusiyada yaşadığına inanılır.
Şamanizmi digər sehr və inanc formaları ilə əlaqədə yaşayan unikal din hesab etmək olar. Şamanizm ardıcılları özlərinə mümkün qədər çox insanı cəlb etməyi qarşılarına məqsəd qoymurlar ki, bu da onların fərqliliyini artırır.
Bir sıra arxeoloqların fikrincə, şamanizm Sibirdə neolit və tunc dövrlərində yaranıb. Məlum olub ki, bu dini cərəyan planetdə məlum olanların ən qədimidir.
Şamanizmdə xüsusi rol şamana - Tanrı ilə insanlar arasında vasitəçiyə verilir. Transa girən şaman ilahi iradəni rəqs etməklə, qaval vurmaqla və ya müəyyən sehrlər vurmaqla ötürür. Şamanlar həyati suallara cavab tapmaq üçün cənnətə yüksəliş və cəhənnəmə enmə ilə müqayisə edilən vəcd vəziyyətinə daxil olurlar.
Rusiyada, bir qayda olaraq, insanlar miras yolu ilə şaman olurlar. Düzdür, varis transa girməyi bacarmalı və böyük biliyə sahib olmalıdır (bütün ruhların adlarını, ailəsinin mifologiyasını və şəcərəsini bilməli, onun gizli dilində danışması və s.)
Ostyaklar inanırlar ki, şamanlıq gücü insana doğuşdan verilir, lakin o, yalnız fəaliyyət göstərən şamanın ölümündən sonra “aktivləşir”. Sibir samoyedləri də şamanizmə oxşar yanaşmaya malikdirlər. Yakutların hətta “şaman kursları” da var. Gələcək şamanlar təcrübəli mentorlar tərəfindən öyrədilir, çünki seçilmişlər bəzən özbaşına “peşə”yə yiyələnə bilmirlər.
Cənubi Sibir buryatları “hakimiyyətin ötürülməsinə” fərqli münasibət bəsləyirlər. Şaman olmaq üçün ildırım vurmaqdan və ya daşdan düşməkdən əziyyət çəkmək kifayətdir.
Mənbə: dzen. Ru
Tərcümə etdi: Fatimə Umarbəy
