Güzgülərin tarixi eramızdan əvvəl III əsrdən başlayır. Qədim güzgülərin əksəriyyəti metaldan hazırlanmış və yuvarlaq formaya malik idi. Qədim güzgülərin arxa tərəfi ornamentlərlə gözəl bəzədilirdi. Güzgülər yüksək cilalanmış bürünc və gümüşdən hazırlanırdı. İlk şüşə güzgülər I əsrdə Romalılar tərəfindən icad edilib. Qədim zamanlardan güzgülərə başqa heç bir obyektdə olmayan xüsusi keyfiyyətlər verilib. Yunan filosofu Sokrat gənclərə tövsiyə edirdi ki, güzgüdə özlərinə baxsınlar, yaraşıqlı olanlar bütün həyatını ruhlarını təmiz saxlamağa yönəltsinlər və onları yanlış yola aparan həyatın vəsvəsələrindən uzaq olsunlar. Əgər bir gənc özünün yaraşıqlı olmadığını görsə, o, baxışını ürəkdən kompensasiya etməli və çoxlu yaxşı işlərlə tanınmalıdır. Orta əsrlərdə şüşə güzgülər tamamilə yoxa çıxdı, çünki o dövrdə dini konfessiyalarda şeytanın şüşə güzgülərin əks tərəfindən dünyaya baxdığı və seyr etdiyi bildirilirdi. Zavallı dəbli xanımlar şüşə güzgülər yerinə cilalanmış metal güzgülərdən və ya xüsusi su qablarından istifadə etməli idilər. Şüşə güzgülər yalnız 13-cü əsrdə geri gəldi. Qalayı şüşənin düz səthinə yapışdırmaq üsulu hələ icad edilməmişdi. Mövcud texnologiyadan istifadə edərək usta şüşəçilər isti qalayı şüşə çəlləklərə tökür, sonra isə qalay soyuduqdan sonra onu ayrı-ayrı parçalara ayırırdılar.

Yalnız üç əsr sonra Venesiya ustaları “düz güzgü texnikası” icad etdilər. Qalayı düz şüşə səthə necə yapışdıracağını anladılar. Venesiya ustaları başqa bir hiylə icad etdilər. Onlar qızıl və bürüncün əlavə olunduğu xüsusi əks etdirici qarışıq yaratdılar. Bu “sehrli” qarışıq sayəsində güzgülərdə əks olunan bütün obyektlər reallıqdan daha gözəl görünürdü. Bir Venesiya güzgüsünün qiyməti o zaman böyük dəniz gəmisinin qiyməti ilə müqayisə edilə bilərdi. 1373-cü ildə Nürnberq şəhərində (Almaniya) ilk güzgü istehsalı zavodu açıldı. Güzgülər daha sonra həyatın bütün sahələrinə aqressiv şəkildə inteqrasiya edildi. 16-cı əsrdə güzgülər sirli ritualların və cadugərliyin bir hissəsinə çevrildi. Həmçinin, 200 ildir ki, güzgülər ispan və fransız casusları tərəfindən gizli mesajların kodlaşdırılması və deşifrə edilməsi üçün istifadə olunurdu. Bu gizli kodlaşdırma sistemi 15-ci əsrdə Leonardo da Vinçi tərəfindən təqdim edilib. Müqəddəs ayələr “güzgü əksi” ilə kodlaşdırılmışdı və güzgü olmadan mesajı oxumaq mümkün deyildi.
Güzgülər dövrün başqa bir əhəmiyyətli ixtirasının bir hissəsi idi . İnteraktiv güzgülər sistemindən istifadə edərək düşmənə gizli casusluq etmək imkanı müharibələr zamanı çoxlu insanın həyatını xilas etdi. Məşhur Otuz illik müharibə zamanı, günəş işığının parlaq əks olunması ilə hərbi əməliyyatlar zamanı düşməni kor etmək üçün hər tərəf güzgülərdən istifadə etdi. Minlərlə kiçik güzgü gözlərinizi kor edəndə nişan almaq çətin idi. 12-ci əsrdən başlayaraq heç bir hörmətli xanım evini kiçik güzgüsüz tərk etmirdi. Əl güzgüləri və armud güzgüləri hər bir qadının olmazsa olmazı oldu. Xanımlar boyunlarına və ya bellərinə zəncirlə qızılı ilə bəzədilmiş güzgülər taxır, güzgüləri qanadlara taxırdılar. Güzgülərə qiymətli zərgərlik kimi baxılırdı və tısbağa qabığı və ya fil sümüyü çərçivələri kimi xüsusi hazırlanmış ekzotik materiallarla örtülürdü. Güzgü çərçivələrinin bəziləri zərif miniatür qravüralarla qızıl və ya gümüşdən hazırlanırdı.
Mənbə: invitinghome
Tərcümə etdi: Nigar Muştaqova