
Dərin dənizlərin nəhəng və sirli sakini olan avar balığı əfsanələrə mövzu olan təbiət möcüzəsidir. “Fəlakətin xəbərçisi” olaraq bilinən bu balıq göründüyü zaman həm maraq oyadır, həm də qorxuya səbəb olur. Onun ölçüləri və qeyri-adi görünüşü onu əfsanələrin ulduzuna çevirmişdir.
Avar balığı (Regalecus glesne) uzun zolaq formalı gövdəsi və heyrətamiz qırmızı tikanları ilə dənizin ən qeyri-adi canlılarından biridir. Bu balıqların uzunluğu 30 metrə qədər böyüyür, nəhəng görünüş verir və dərin dənizlərdə, 1000 metrə qədər uzanan mezopelagik zonada yaşayır.
Avar balığının ən diqqət çəkən cəhəti onun "qiyamətin müjdəçisi" ləqəbini almasına səbəb olan əfsanələridir. Bəzi mədəniyyətlərdə bu balıqların görünüşü yaxınlaşan fəlakətlərin xəbərçisi hesab olunur. Məsələn, 2011-ci ildə Yaponiyada baş verən dağıdıcı zəlzələdən əvvəl ümumilikdə 20 avar balığı sahilə çıxdı. Bu hadisə avar balıqları ilə təbii fəlakətlər arasında əlaqə olduğuna inamı daha da gücləndirdi.
Bununla belə, alimlər əlaqəni izah edə biləcək konkret sübutların olmadığını vurğulayırlar.
Avar balığının adı ilə bağlı müxtəlif nəzəriyyələr var. Bir fikrə görə, uzun və yastı gövdəsi avarlara bənzədiyi üçün ona bu ad verilmişdir. Başqa bir fikir, üzgüçülük nümunələrini avarçəkmə ilə müqayisə etməkdir. Ancaq əfsanələr bu balığı daha dramatik bir adla çağırmağa üstünlük verirlər: qiyamət balığı. Dərin dənizlərin sakinləri olan bu balıqlar səthə çıxdıqda və insanlar tərəfindən görüldükdə adətən xəstələnir, ölür və ya yönünü itirirlər.
Bu, onlara pis əlamət kimi baxılmasının səbəblərindən biridir.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
