Bu gün:

Astronavtlar kosmos geyimi olmadan kosmosda nə qədər sağ qala bilər?


Kosmos kostyumu sadəcə bir geyim parçası deyil, həm də həyat dəstəyidir. Kosmosda aşağı təzyiq insan orqanizmi üçün ölümcül təhlükədir. Təzyiq çatışmazlığı qanınızın və digər bədən mayelərinin sürətlə qaynamasına və sonra donmasına səbəb olur. Spacesuit təzyiqli bir atmosfer təmin edərək bu təhlükənin qarşısını alır və bədəninizdəki mayelərin maye qalmasını təmin edir.


Bundan əlavə, aşağı təzyiq şəraitində normal hava yerinə təmiz oksigen istifadə edilərək, ağciyərlərinizə və qanınıza kifayət qədər oksigen daşınır. Kosmosun ölümcül temperatur dəyişmələri başqa bir problemdir: Günəş işığında temperatur 120 dərəcəyə çata bildiyi halda, kölgədə -100 dərəcəyə enir.

Beləliklə, kosmosa skafandrsız addımlasanız nə olar? Birincisi, oksigen çatışmazlığından cəmi 15 saniyə ərzində huşunuzu itirirsiniz.


Vücudunuzdakı mayelər aşağı təzyiq səbəbiylə qaynamağa başlayır və sonra kosmosun həddindən artıq soyuması səbəbindən donur. Bu prosesdə dəriniz və orqanlarınız genişlənir və zədələnir.


Siz həmçinin günəşdən gələn kosmik radiasiyaya və yüklü hissəciklərə birbaşa məruz qalırsınız. Mikrometeoroidlər adlanan kiçik, sürətlə hərəkət edən daşlar və toz hissəcikləri də sizə dəyib ciddi xəsarətlər verə bilər.


Kosmik kostyum olmadan bu təhlükələrdən qorunmaq şansınız yoxdur. Filmlərdə gördüyümüz səhnələr real ola bilərmi? Bəli, texniki cəhətdən bir neçə saniyə skafandrsız sağ qalmaq mümkündür. Halbuki, bu müddəti keçən hər saniyə bədəninizə dönməz zərər deməkdir. Deməli, filmlərdə gördüyümüz qəhrəmanlıq səhnələri texniki cəhətdən doğru olsa da, kosmosun əsl siması bu qədər məsum deyil.


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et