
Antik Şumerdən qalma Babil mixi yazısı tableti 4.000 il əvvəlki həndəsə dərslərinin izlərini günümüzə gətirib. Oxford Universitetinin Ashmolean Muzeyində saxlanılan bu tarixi əsər, tələbənin etdiyi səhv hesablamanı qoruyaraq riyaziyyatın qədim köklərini nümayiş etdirir.
1931-ci ildə İraqın Kiş şəhərində tapılan tablet qədim dövrdə riyaziyyat tədrisi üçün istifadə edilən onlarla mixi yazı tabletindən biridir. Tablet üzərindəki yazılar uzunluq , hündürlük və sahəyə dair məlumatlar təqdim edir. Lakin tədqiqatçılar aşkar ediblər ki , tabletdəki üçbucağın sahəsi əslində 3.5156 olmalı olduğu halda , tələbə bunu səhvən 3.1468 kimi qeyd edib.
Bu səhv düzəldilməsə də , tablet yazının ticarət, mühasibat və riyaziyyat üçün icad edildiyi bir dövrü təsvir edir. Bu həm də o dövrdəki cəmiyyətin sosial və intellektual inkişafını göstərən mühüm bir nümunədir.
Live Science bildirir ki , riyaziyyat tədrisinin inkişafı mədəni tərəqqi və imperiyaların yüksəlişi ilə sıx bağlı olub. Babil tableti , riyaziyyatın insan həyatında universal dil olduğunu və tarix boyu cəmiyyətin düşüncə tərzini necə formalaşdırdığını bir daha sübut edib.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
