Bu gün:

"Atatürk Girişi"nin hekayəsi


Avstraliyanın cənub-qərbində, Albani körfəzində Atatürkün adını daşıyan boğaz olduğunu bilirdinizmi?

“Atatürk Girişi” adı bir vaxtlar düşmən olan xalqlar arasında qurulan dostluğun unudulmaz simvoludur. Anzak əsgərlərinin tarix səhnəsinə yazıldığı bu körfəz Türkiyə ilə Avstraliya arasındakı bağın simvollarından biridir. Atatürkün izləri dünyanın bitdiyi yerdə belə görünür!


Dünya xəritəsinə baxdığınız zaman Avstraliyanın cənub-qərbində, Türkiyədən minlərlə kilometr uzaqlıqda yerləşən Albani körfəzində bir ad gözə çarpır: "Atatürk Girişi".

Birinci Dünya Müharibəsi zamanı Anzak əsgərlərinin Misir və Çanaqqalaya getmək üçün ilk dəfə dənizə çıxdığı bu limanın girişindəki dar boğaz Atatürkün adını daşıyır.


Bəs bu adın hekayəsi nədir?

1914-cü ildə müharibənin qara günlərində Anzak əsgərləri bu körfəzdən yola düşüblər. Lakin illər sonra o dövrün düşmənləri arasında dostluq çiçəklənib. Atatürkün Çanaqqalada Anzak əsgərlərinə söylədiyi məşhur sözləri bu gün də bütün dünya xatırlayır.


Atatürkün “Bu torpaqlarda qanını tökən qəhrəmanlar, siz burada, sizə dost olan vətən torpağındasınız” sözləri Avstraliyanın qəlbində məskunlaşıb və bu gün də xatırlanır. Atatürk girişinin yerləşdiyi bir təpə var və bu təpədə Atatürkün abidəsi ucaldılıb. Coğrafi addan daha çox, bir vaxtlar mövcud olmuş böyük dostluğun simvolu olan bu abidə hər il bir çox avstraliyalı və türk turistin diqqətini çəkir.


Oxşar abidə Çanaqqalada Conkbayırıda da var. Bu abidənin üzərində Atatürkün Anzak əsgərlərinə dediyi sözlər var. Yazıda deyilir: “Bu yurdun torpaqlarında qan tökən qəhrəmanlar,

Siz burada, mehriban vətən torpağındasınız. Hüzur və əmin-amanlıq içində yatın. Sən Mehmetçiklərlə yan-yana... qoyun-qoyunasan…”

Bu yazının Çunuk Bayırında baxdığı körfəz də Anzak körfəzi adlanır. Vaxtilə müharibənin qaranlıq vaxtlarında dəfn edilmiş iki xalq indi bu coğrafi nöqtə ilə sülh və dostluğu qeyd edir.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et