Bu gün:

Miss Fransa 2025 gözəli ən yaşlı çempion kimi tarixə düşdü


Miss Fransa 2025-də 34 yaşlı Anqélik Anqarni-Filipon Fransanın ən gözəl qadını adını aldı. Anqarni-Filipon ən yaşlı çempion kimi tarixə düşdü.


“Miss Fransa” müsabiqəsinin qalibi bəlli olub. Yarışmada tacı taxan şəxs Martinikanı təmsil edən 34 yaşlı Anqarni-Filipon olub. "Miss France 2024" üçün 24 yaş məhdudiyyəti götürülüb. Angarni - Filipon yarış tarixində tac qazanan ən yaşlı çempion kimi tarixə düşdü. Miss Fransa olmaq üçün 30 namizədin mübarizə apardığı Miss France 2025-də Nord-Pas-de-Kaleni təmsil edən Sabah Aib ikinci, Korsikanı təmsil edən Stella Vangioni isə üçüncü olub. Xarici görünüşünə görə keçmişdə zorakılığa məruz qaldığını bildirən Miss Fransa, "Beşinci sinfə qədər çox balaca idim və dişlərim çıxmışdı. Mənə "Kiçik pony" deyirdilər" dedi. 

1920-ci ildən keçirilən müsabiqədə indiyə qədər yaşı 24-dən yuxarı olanlar birinci seçilməyib.


“France24” xəbər verir ki, yarışda iştirak etmək üçün çox gecikdiyi deyilən yarışmaçı “bütün qadınları” təmsil etdiyini bildirib. Qalib olacağını gözləmədiyini bildirən Anqarni-Filipon, "Hər regional seçkidə öz-özümə "Digər yarışmaçılar çox gözəldir" dedim və qələbənin məndən uzaqlaşdığını gördüm" dedi.


"Özümə dedim ki, bu təcrübə heyrətamiz olacaq. Amma qalib gələcəyimi düşünmürdüm" deyə Miss Fransa  əlavə edib. Fransada keçirilən gözəllik yarışması tarixində ilk dəfə olaraq qısa saçlı iştirakçı qalib seçilib. 20 yaşlı Eve Gilles Miss France 2024 titulunu aldıqdan sonra ölkədə maraqlı debat başlayıb.

Ötən gecə gözəllik kraliçası tacını keçən ilin qalibi İndira Ampiotdan təhvil alan Gillessin qələbəsi "müxtəliflik" adı ilə uğur kimi qiymətləndirilib və yeni kraliçanın qısa saçları təriflənib.


Gillesin müsabiqə tarixində bu mükafata layiq görülən ilk "qısa saçlı" qadın olması müsabiqədə "azlıqlar" və "fərqli" qruplara qarşı ayrı-seçkilik edildiyini iddia edən bir çox izləyicinin reaksiyasına səbəb olub.


Mənbə:NTV

Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et