Dirijor Antonio Pappano istiqanlı “xalq insanı” kimi tanınır. Amma onun qanını donduran bir şey var: operanın yalnız varlı elitaya aid sənət növü olmaqda ittiham olunması. O, bir sənədli filmdə ehtirasla deyir: “Bizim elitist olduğumuzu deyən insanlar məni çox incidir. Bu, operanın imicini tamamilə təhrif edən yanlış fikirdir. Məsələ ondadır ki, Londonda futbol oyununa girmək opera evinə girməkdən daha çətindir “.
Pappano 2002-ci ildə Royal Opera House, Covent Garden (ROH) musiqi direktoru olduqda, o, Frank Sinatra, Tony Bennett, Oscar Peterson, Joni Mitchell kimi ulduzların populyar musiqilərinə olan sevgisindən danışıb. “Mən də futbolu sevirəm”,- deyib. – Bu o deməkdir ki, operanı sevə bilməzsiniz?
O zaman Pappano 42 yaşında idi və ROH orkestrinə rəhbərlik edən ən gənc dirijor idi.
Sənədli film onun təvazökar köklərindən, İtaliyanın cənubundan Böyük Britaniyaya gələn və dolanışığını təmin etmək üçün çox çalışan italyan mühacir valideynlərinin oğlu olduğundan danışır. Güclü iş etikasını ona ötürüblər və o, “ailə biznesində” musiqi istedadı kimi çiçəklənən vokal məşqçisi atasından müğənnilərlə işləməyi öyrənib.
"Opera yalnız bir tamaşaçıya xidmət etməməlidir – bir çox fərqli insanların maraqlarına açıq olmalıdır", – Antonio Pappano deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
