Bu ifadə rekord vaxt ərzində sosial media fenomeninin təsvirindən qəzəbli siyasi rüsvayçılığa çevrilib. “Saxta xəbərlər” termini necə inkişaf edib?

2016-cı ilin ortaları idi və Buzzfeed-in media redaktoru Kreyq Silverman kiçik bir Şərqi Avropa şəhərindən qaynaqlanan tamamilə uydurulmuş hekayələrin gülməli axınını görüb. Silverman deyir: “Biz Makedoniyanın Veles adlı eyni şəhərində qeydiyyatdan keçmiş kiçik bir xəbər saytları toplusunu tapdıq” . O, həmkarı ilə birlikdə araşdırmaya başlayıb və ABŞ seçkilərindən qısa müddət əvvəl Facebook-da çoxlu sayda saxta xəbərlər yayan ən azı 140 saxta xəbər saytı müəyyən ediblər. Velesdəki gənclər Amerika siyasətinə çox maraq göstəriblər və Facebook reklamı ilə qazanılacaq pullara görə, onlar uydurmalarının sosial mediada geniş şəkildə gəzməsini istəyiblər. ABŞ prezident seçkiləri – xüsusilə də Donald Tramp – sosial mediada çox aktual mövzu idi. Beləliklə, makedoniyalılar və saxtakarlığın digər tədarükçüləri “Papa Fransisk dünyanı şoka salır, Donald Trampı prezidentliyə dəstəkləyir” və “FBI agenti Hillari e-poçt sızıntılarında şübhəli bilinən qətl-intiharda ölü tapıldı” kimi başlıqlarla hekayələr yazıblar. Beləliklə, “saxta xəbər” ifadəsinin müasir və internetə uyğun həyatı başlayıb.
Dezinformasiya, fırıldaq, yalan və hiylə, əlbəttə ki, həmişə olub. Lakin Silverman və başqalarının aşkar etdiyi şey, sosial media alqoritmləri, reklam sistemləri, asan pul qazanmağa hazırlaşan insanlar və dünyanın çox hissəsini əhatə edən seçkilər arasında bənzərsiz idi.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
