Bu gün:

Unudulmuş musiqi alətləri



Tarix boyunca yüzlərlə, hətta minlərlə musiqi aləti ixtira edilib; bəziləri son əsrlər boyunca çox məşhur olub, məsələn, piano və ya skripka, digər tərəfdən isə bəziləri unudulub. Müxtəlif səbəblərdən və ya başqa bir şəkildə bu alətlər unudulmuş və ya bənzər alətlərlə əvəz edilib. Bu unudulmuş musiqi alətlərindən bəziləri təkrardan dirilib, məsələn, klavsen, amma bəziləri musiqi səhnəsinə tam olaraq qayıda bilməmiş və indi yalnız tarixə çevrilib. Ən çox bu alətlər elmi maraqdan və ya müəyyən musiqi parçalarını ifa etmək məqsədilə alimlər tərəfindən yenidən qurulub. 
Siz də bu musiqi alətlərinin hansılarının olduğunu bilmək istəyirsinizsə, gəlin birlikdə öyrənək:

1. Sambuka
Helenistik alimlər qədim suriyalıları və fenikiyalıları bu gurultulu səsi olan Sambukanın yaranması ilə əlaqələndirirlər. Bu alət müasir harplara çox oxşayırdı. Mənşəyindən asılı olmayaraq, bu alətin ekzotik səsi Roma, Afin və Makedoniyanın mərasimlərində məşhur bir alətə çevrilib.

2. Pəri yaz
Qədim Hindistanda yaz adlı harpaya bənzər bir neçə müxtəlif alətin mövcud olduğu məlumdur. Bunların əksəriyyətinin 7 ilə 17 telli olduğu halda, dəridən hazırlanmış Pəri yaz  21 tellə malik idi. Lakin bu, əfsanəyə görə təhlükəli heyvanları qorxutmaq üçün istifadə edilən və 1000 tellə təchiz edilmiş adi yaz ilə müqayisədə çox azdır.

3. Maya Trampetləri
Maya trampetlərinin yaddaşını canlı saxlamağa kömək edən bir neçə gözəl divar rəsmi və rəngli vazalarla yanaşı, bir neçə qısa ədəbiyyat istinadları da var.


Mənbə: Mental Floss

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et