Bu gün:

“Söz” tamaşası mənim ilk böyük işimdir- aktrisadan açıqlama


24media.az-ın budəfəki müsahibi gənc yazar, aktrisa Aysu Türkeldir. O, “Söz” tamaşası haqqında danışıb.

-Məlumatım olduğu qədəri ilə, 17 dekabr ilk böyük işiniz olan “Söz” adlı tamaşanızın premyerası baş tutacaq. Ümumilikdə, tamaşanın mövzusu, rollarda hansı aktyorların iştirak edəcəyi və gözləntiləriniz barədə məlumat almaq istərdik.


-Bəli, 17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində “Söz” tamaşasının premyerası olacaq. 18 yaşında tələbə olaraq bu tamaşa mənim ilk böyük işimdir. Belə ki, kompazisiyanın ssenari müəllifi, quruluşçu rejissoru özüməm və baş rollardan birini ifa edirəm. Tamaşada obrazları peşəkar heyətlə - Azərbaycan Respublikasının əməkdar artisti Qasım Nağı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Əliməmmədova ilə yanaşı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”nin tələbələri də canlandırır. Tamaşamız hərbi vətənpərvərlik mövzusundadır. Gözləntimiz isə gənc nəslin vətənpərvər yetişməsi üçün az da olsa bacardığımızı etməkdir. Qeyd edim ki, tamaşa Fərrahim Sadiqin layihə rəhbərliyi əsasında həyata keçirilir. 

Gülnisə Əfkari

Paylaş