Quava və alma bədənə əhəmiyyətli qida faydaları təqdim edir. Quava immuniteti gücləndirən yüksək C vitamini tərkibi ilə seçilir, alma isə lif baxımından üstünlük təşkil edir və həzmi dəstəkləyir. Kalori hesablayanlar üçün quavanın daha aşağı kalorili olması böyük üstünlükdür. Hər iki meyvə antioksidantlarla zəngindir; quava likopenlə, alma isə faydalı flavonoidlərlə zəngindir. Bəs, hansını seçməli?
Meyvələr sağlamlığın qorunmasında mühüm rol oynayır. Asanlıqla tapılan və faydalı olan iki məşhur meyvə quava və almadır. Hər ikisi qida baxımından zəngin, təbii və dadlıdır. Lakin bu iki meyvəni müqayisə etmək daha ətraflı seçim etməyə kömək edir.
C vitamini ilə zəngin guava
Quava gündəlik tövsiyə edilən C vitamini ehtiyacının 200%-dən çoxunu təmin edir. Bu, immuniteti gücləndirmək, dəri sağlamlığını yaxşılaşdırmaq və oksidləşdirici stresslə mübarizə aparmaq üçün əla seçimdir. Bir alma isə, orta hesabla, gündəlik C vitamini ehtiyacının cəmi 14%-ni təmin edir.
Lif mənbəyi olaraq alma
Alma təxminən 4 qram pəhriz lifi ehtiva edir ki, bu da həzm sağlamlığı üçün çox vacibdir. Quava da təxminən 3 qram lif ehtiva edir və həm həll olunan, həm də həll olunmayan liflərlə həzm sisteminə dəstək olur.
Kalori fərqi
Kalori baxımından quava daha üstünlük təşkil edir. Orta ölçülü bir alma təxminən 95 kalori, quava isə cəmi 68 kalori ehtiva edir.
Antioksidantlarla zənginlik
Quava likopen və kersetin kimi antioksidantlarla zəngindir. Xüsusilə, prostat və süd vəzi sağlamlığı üçün faydalı olduğu sübut edilib. Almalar da kuersetin və kateşin kimi antiinflamatuar flavonoidlərlə zəngindir. Almaların qabığında antioksidantlar yüksək miqdarda cəmlənib, buna görə də soyulmadan yeyilməsi məsləhət görülür.
Hansı meyvəni seçmək sağlamlıq məqsədlərinizdən və fərdi zövqlərinizdən asılıdır. Hər ikisi faydalı seçimlərdir, lakin quava daha çox qida dəyəri təklif edir.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
