Bu gün:

Maqnezium ehtiyacı


Mövsümi emosional pozğunluq qış depresiyası olaraq tanınan bir haldır. Bu, davamlı kədər, fəaliyyətsizlik, yuxu problemləri və həddindən artıq yemə kimi simptomlarla özünü göstərə bilər. Günəş şüalarının azalması ilə başlayan bu vəziyyət payızdan qışa qədər davam edə bilər.


Qış depresiyasına qarşı işıq terapiyası, psixoterapiya və dərmanlarla yanaşı, maqneziumla zəngin qidalanma əhəmiyyətli rol oynayır. Maqnezium "xoşbəxtlik hormonu" serotoninin istehsalı üçün vacibdir və əhval-ruhiyyəni yaxşılaşdırır.



Maqnezium mənbəyi olan bəzi qidalar:


Avokado: Bir orta avokado 58 mq maqnezium ehtiva edir.


Balqabaq toxumu: Smoothie və salatlarda istifadə edilə bilər.


Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq): Maqnezium deposudur.


Qara lobya: Bir stəkanında 120 mq maqnezium var.


Bamya: Qan şəkəri və təzyiqi balansda saxlayır.


Tofu: Bitki mənşəli protein və maqnezium mənbəyidir.



Bu qidalar qış depresiyası ilə mübarizədə həm fiziki, həm də ruhi sağlamlığı dəstəkləyir.



Mənbə: NTV


Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et