Nudizm alman nasistləri tərəfindən yönləndirilən çılpaqlı hərəkatı olub. Alman sosialistləri bu hərəkatı sinfi mübarizə hesab ediblər.

Historyextra -ya görə, bu hərəkatın əsas ideologiyası insan azadlığını ifadə etmək və hüquqların toxunulmazlığını ifadə etmək idi. Alman mədəniyyətində azadlığın bir parçası hesab edilən çılpaqlıq bugünkü Almaniyada da öz mənasını qoruyub saxlamaqdadır. Məsələn, bu gün də Almaniyada çılpaq maşın sürə bilərsiniz.
Nudizmə qayıtsaq, hərəkatın yarandığı dövrün 19-cu əsr olduğunu görə bilərik. Həmin dövrdə Almaniyada səfərdə olan bir britaniyalının xatirələrində onu heyrətə salan nudistləri görmək mümkün idi.
Bu hərəkat nasistlər partiyası yarandığı dövrdə daha geniş vüsət alıb, lakin buna baxmayaraq onlar hakimiyyətə gələn kimi hərəkata son qoyublar.
Hazırladı: Səidə Abasova
