Bu gün:

Danniq-Kruqer effekti nədir?


Danninq-Kruqer effekti müəyyən bir sahədə bilik və ya səriştə səviyyəsi aşağı olan insanların öz qabiliyyətlərini həddindən artıq qiymətləndirməyə meylli olduğu psixoloji hadisədir. Bu effekt 1999-cu ildə kifayət qədər biliyə malik olmayan insanların öz bacarıqlarını daha yüksək qiymətləndirdiklərini, həmçinin bacarıqsızlıqlarını dərk edə bilmədiklərini göstərən eksperimenti aparan psixoloqlar David Danniq və Justin Kruqerim şərəfinə adlandırılıb. 

Bu hal niyə baş verir?

Bəzi sahədə kifayət qədər biliyə malik olmayan insanlar çox vaxt başa düşmürlər ki, onların bilmədiyi daha çox nüanslar var. Onlar problemi səthi başa düşmələrinin düzgün nəticə çıxarmaq üçün kifayət etdiyini düşünürlər.

1. Metakoqnitiv bacarığın olmaması: 

Metakoqnitiv bacarıqlar: Düşüncələrinizdən və biliyinizdən xəbərdar olmaq bacarığıdır. 

Hansısa sahənin necə işlədiyini başa düşməyən insanlar öz biliklərinin səviyyəsini adekvat qiymətləndirə bilmirlər. Məsələn, şahmatın yalnız bir neçə qaydasını bilən şəxs daha təcrübəli oyunçunu məğlub edə bilmə şansının yüksək olduğunu iddia edə bilər.

2. Ekspertlik illüziyası: İnsan bir sahənin əsasları ilə tanış olduqda, özünü mütəxəssis kimi qəbul etməyə başlayır. Bu onunla bağlıdır ki, ilkin biliklər mövzunun bütün incəliklərini başa düşmək üçün kifayət qədər təəssürat yaradır.

3. Artıq dərəcədə özünə güvənmə və kompensasiya:  Bəzi hallarda bilik səviyyəsi aşağı olan insanlar özlərinin bilik çatışmazlığından xəbərsiz ola bilərlər, çünki onlar bunu özünə inam hissi ilə kompensasiya etməyə çalışırlar. Bu onlara təcrübəsizliklərini dərk etməklə bağlı stress və narahatlıqdan qaçmağa kömək edir.

Bu effetdən necə qaça bilərik?

1. Özünü analiz etmək: Biliklərinizi hər zaman təkmilləşdirə biləcəyinizi dərk etmək sizə səriştə illüziyasından qaçmağa kömək edəcək. Siz mütəmadi olaraq gördüyünüz işləri qiymətləndirməli və daha çox öyrənmək üçün hər zaman fürsət olduğunu başa düşməlisiniz.

2. Tənqidi qəbul etmək:  Başqalarının fikirlərinə açıqlıq və səhvlərinizi etiraf etmək bacarığı bu idrak təhrifinə qarşı mübarizədə vacib bacarıqlardır. Bu nəinki səriştəsizliyinizi daha yaxşı başa düşməyə, həm də peşəkar olaraq daha sürətli inkişaf etməyə kömək edəcəkdir.

Danniq-Kruqer effekti sadəcə maraqlı psixoloji hadisə deyil, həm də təhsildən tutmuş iş proseslərinə qədər gündəlik həyatda rastlaşdığımız problemdir. Məhdudiyyətlərimizi dərk etmək, öyrənmək və inkişaf yollarını tapmaq bizə bu qərəzliliyin tələlərindən qaçmağa kömək edir.

Mənbə: dzen. ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et