Bu gün:

Astrofobiya nədir?


Müxtəlif adlarla tanınan astrofobiya şiddətli şimşək çaxması zamanı yaranan qorxu hissidir. Fobiya uşaqlarda daha çox görülsə də, bəzən nadir hallarda  yetkinlərdə də müşahidə oluna bilər.

Astrofobiya heyvanlara da təsir edir. Bu fobiyası olan insanlar fırtınaya hazırlaşarkən həddindən artıq narahatlıq və ya zəiflədən qorxu hiss edirlər. Onlar obsesif şəkildə hava hesabatlarına baxa və ya fırtına zamanı həddən artıq panika keçirə bilərlər.

Astrofobiyanın əsas əlaməti digərləri kimi həddən artıq qorxudur. Bu zaman nəfəs darlığı, ürək bulanma, sinədə ağrı kimi simptomlar da müşahidə olunur.

Mənbə: Evrim ağacı

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et