Bu gün:

DMT nədir?


DMT bitkilərdə və insan beynində mövcud olan, həmçinin laboratoriyada sintez edilə bilən bir kimyəvi maddədir. İlk dəfə 1931-ci ildə kəşf edilib və 1950-ci illərdə psixodelik xüsusiyyətləri ilə tanınıb. DMT, Amazon bölgəsində istifadə olunan ayahuaska adlı içkinin əsas təsiredici maddəsidir və minilliklərdir yerli müalicə və dini ayinlərdə istifadə olunur.

DMT-nin təsiri digər psixodelik maddələrdən (LSD, psilosibin) daha intensivdir və insanlara güclü hallüsinasiya və "yaxın ölüm təcrübəsi" yaşadır. Onun təsiri çox qısa müddət - təxminən 15 dəqiqə davam edir.

DMT təcrübəsi necədir?

DMT bədənə qəbul edildikdə (iynə və ya inhalyasiya yolu ilə), insan saniyələr içində adi şüurundan ayrılır. İstifadəçi "özündənkənar təcrübə" keçirir, sanki daha geniş bir şüura qoşulur. Hallüsinasiyalar çox canlı və təsvir edilməsi çətin olan görüntülərlə müşayiət olunur. Bir çox istifadəçilər bu müddətdə fövqəltəbii varlıqlarla "görüşdüyünü" və həyatları ilə bağlı mesajlar aldığını bildirir.

DMT-nin faydaları

Tədqiqatlar göstərir ki, DMT beyində neyroplastiklik yaradır, yəni beynin yenidən formalaşmasına kömək edir. DMT-nin depressiya, narahatlıq və travma ilə bağlı psixi pozğunluqların müalicəsində təsirli olduğu aşkar edilib. Həmçinin bu maddə insanda dərin anlayış və ruhani əlaqə yaradır, çoxları bu təcrübəni həyat dəyişdirici adlandırır.

DMT-nin psixologiya və sağlamlıq sahəsində böyük potensialı olduğu düşünülür. Gələcəkdə bu maddənin qanuniləşdirilməsi ilə daha çox insana müalicə və fərdi inkişaf üçün fayda verə biləcəyi ehtimal olunur.

Mənbə: psychology today 

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et